Məlumatlara görə, iddia Treşevin şərəfi, ləyaqəti və işgüzar nüfuzunun qorunması məqsədilə irəli sürülüb. Söhbət, Puqaçovanın jurnalist Katerina Qordeyevaya verdiyi müsahibədə dediyi ifadələrdən irəli gəlir.
Treşev iddianı Puqaçovaya qarşı fiziki və hüquqi şəxslərin nüfuzunu qorumaq üçün qaldırıb. Məhkəmə prosesi Rusiyanın Moskva şəhərində, Tverskoy Məhkəməsində davam edir.
İddiada qeyd olunur ki, müsahibədə Treşev Cövhər Dudayevin tərifləndiyini görüb və bu, onun fikrincə, rus xalqını təhqir edir. Eyni zamanda, iddiada Puqaçovanın Rusiya Federasiyasının prezidenti, ordusu və hüquq-mühafizə orqanlarına qarşı nüfuzdan salan ifadələr işlətdiyi də göstərilib. Treşev iddianı paralel olaraq iki Moskva məhkəməsinə təqdim edib.
Moskva məhkəməsi iddianı qeydə aldıqdan sonra tərəflərə rəsmi məlumat göndərilib və prosesin davamı üçün ilkin dinləmələr planlaşdırılır. İddiaçının tələb etdiyi məbləğ və iddianın əsaslandırılması hazırda məhkəmə tərəfindən qiymətləndirilir.