Suriyada Bəşər Əsəd rejiminin qüvvələri ilə toqquşan silahlı müxalif qruplar Hələbin şəhər mərkəzinə daxil olub. Ötən gün Hələbin qərb çölündən mərkəzə doğru irəliləyən rejim əleyhdarı qruplar ümumilikdə 56 kənd və məntəqəni nəzarətə götürüb, qarşıdurmalarda 100-dən çox insan həyatını itirib. Silahlı qruplar şəhər mərkəzinə daxil olduqdan sonra Hələb Universitetinin tələbələri təxliyyə olunmağa başlayıb.
Suriya yenidən gündəlikdə – "Hizbullah" və HƏMAS-dan sonra növbə Bəşər Əsədə çatır
Suriyada müxalif "Heyət Təhrir əş-Şam" (HTŞ) yenidən fəallaşıb. İki gündür, Hələb və İdlib istiqamətində ağır döyüşlərin getdiyinə dair xəbərlər yayılır....
Read more