“Hennessey” surerelektomobili barədə yeni təfərrüatlar məlum olub
“Hennessey” altı təkərli, 2400 at gücünə malik “Project Deep Space” elektrik avtomobilinin bir şarjla min kilometrə yaxın məsafə qət edə biləcəyini gözləyir.
Bu “Pennzoil” və “Delta” tərəfindən hazırlanmış böyük batareya və səmərəli hərəkət sistemi nəticəsində mümkün olacaq.
Hiperkarın salonunda dörd oturacaq yeri quraşdırılacaq.
Avtomobilin tirajı 105 nüsxə, qiyməti isə 2,5 milyon olacaq.
Qeyd edək ki, layihə hələ keçən ilin noyabrında nümayiş olunub.