Baku Time
  • BakuTime-da Reklam
  • BakuTime haqqında
Kriptovalyuta qiyməti
6 İyun 2025
  • Login
  • Register
  • Ev
  • Gaming
  • Texnologiya
    • Azərbaycan texnologiya xəbərləri
    • Aksesuarlar
    • Mobile və Telefon
    • Əməliyyat sistemi
    • Hardware
    • Kompüter
    • Kosmos
    • Maşın
    • Məişət texnikası
    • Noutbuk
    • Tablet
  • İnternet və şəbəkə
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Telefon informasiya
    • Veb dizayn
    • WordPress
    • Qoşmalar
    • Seo
  • Yeni MəlumatYeni
No Result
View All Result
  • Ev
  • Gaming
  • Texnologiya
    • Azərbaycan texnologiya xəbərləri
    • Aksesuarlar
    • Mobile və Telefon
    • Əməliyyat sistemi
    • Hardware
    • Kompüter
    • Kosmos
    • Maşın
    • Məişət texnikası
    • Noutbuk
    • Tablet
  • İnternet və şəbəkə
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Telefon informasiya
    • Veb dizayn
    • WordPress
    • Qoşmalar
    • Seo
  • Yeni MəlumatYeni
Baku Time
Home İnternet və şəbəkə Süni intellekt

“Facebook”da süni intellekt texnologiyaları üzrə işləyən azərbaycanlı – UĞUR HEKAYƏSİ

Mir Zahid Cavadov Yazar: Mir Zahid Cavadov
İyul 7, 2022
Kat: Süni intellekt
Oxumaq Zamanı: 6 dəqiqə oxu
A A
Facebook-da dostlarınızla paylaşın!X-də dostlarınızla paylaşın!Telegram-da dostlarınızla paylaşın!
Reklam Reklam Reklam
ADVERTISEMENT

Əlaqədar Xəbərlər

Keçmiş Twitter Mühəndisləri Particle Açdı: AI ilə işləyən Xəbər Oxucusu

Neuralink-in Beyin Çipi Artıq 5 İnsanda Sınaqdadır

Süni İntellekt ilə Ən Yaxşı Səs Dəyişdirmə Alətləri + 16 Alət

Reklam
ADVERTISEMENT

“Facebook”da süni intellekt texnologiyaları üzrə işləyən azərbaycanlı – UĞUR HEKAYƏSİ

İlqar Ramazanlı: “Cansız kompüterə öyrətməyi bacarırıqsa, canlı, dərrakəsi olan insanın öyrənə bilməyəcəyini necə iddia etmək olar?”

Öyrənməyin, peşəkarlığın insanın özündən asılı olduğuna inanır. Düşünür ki, insan səy göstərsə, səhvlərini analiz edib nəticə çıxararaq davam etsə, mütləq alınacaq. Ona görə, əgər cansız kompüterlər öyrənə bilirsə, dərrakəsi olan insan niyə bacarmasın? Müsahibimiz “Facebook”da  süni intellekt texnologiyaları üzrə tədqiqatçı kimi çalışan İlqar Ramazanlıdır. 1992-ci ildə Bakıda anadan olub. Anası pediatr həkim, atası fizika elmləri mütəxəssisi və nanotexnologiya üzrə professor olub. Uşaqlıqdan riyazi və məntiqi düşüncəsi ilə yaşıdlarından seçilib. Onun bu istedadını ilk dəfə atası kəşf edib. Elə bu kəşf karyera yolunda ən böyük cığırı açıb.

Kaspi qəzetinin İlqar Ramazanlı ilə müsahibəsini təqdim edirik:

“Çətin həlli çətin olan məsələlərə həmişə marağım olub”

– Ümumiyyətlə, həlli çətin olan məsələlərə həmişə marağım olub. Uşaqlıqdan həll edə bilmədiyim və cavabı barədə heç bir ideyam olmadığı suallar üzərində işləməyi çox sevmişəm. Məhz bu marağıma görə atam məni Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat professoru ilə tanış etdi. Onun köməyi ilə 9-cu sinifdə riyaziyyat sahəsində məktəb proqramını tam, universitet proqramının isə bir hissəsini sürətli şəkildə başa çatdırdım. Bununla yanaşı, o vaxt Bakı Özəl Türk Liseyinin kiçik qrupdan ibarət beynəlxalq olimpiada hazırlıq bölməsi var idi. Hər yay orada dostlarım ilə həll edə bilmədiyimiz çətin məsələlər üzərində baş sındırırdıq. Beləliklə, analiz və dərin düşüncə qabiliyyətimizi inkişaf etdirirdik. Hətta çox vaxt suallar üzərində bir neçə gün düşünüb bir ideya tapmadan sualı tərk etmək məcburiyyətində qalırdıq. Amma əsas olan düşünmək idi.

– Bu gün uğurlu olma səbəbiniz valideyn istiqamətləndirməsidirmi?

– Uşağın bacarığının ortaya çıxarılmasında valideyn rolu 95 faizdir. Düzdür, əziyyəti uşaq çəkir. Amma istiqamət mütləq olmalıdır. Bir valideyn səhv istiqamətləndirib övladının həyatını məhv də edər, çox xırda istiqamətlənmə ilə müsbətə doğru dəyişə də bilər. Atam məni vaxtında düzgün istiqamətləndirməsəydi, böyük ehtimal ki, istedadım olmayan sahələrə gecə-gündüzümü sərf edib, uğursuz olacaqdım.

“Tədqiqat sahəmi süni intellektə yönəltdim”

– Beynəlxalq olimpiadalarda qalibiyyətləriniz də var. Üstəlik, olimpiadaya şagird də hazırlamısınız.

– Bəli. Uşaqlıqda ən çox sevdiyim fəaliyyət olimpiadalar ilə məşğul olmaq idi. Bir çox beynəlxalq və yerli olimpiadalarda qalibiyyətlərim olub. Məktəbi bitirdikdən sonra məktəblərarası beynəlxalq olimpiadalara qatılan şagirdləri də hazırlamağı sevmişəm. Bu şagirdlərin əksəriyyəti qalib olub.

– Türkiyə, İsveçrə və Amerikada kompüter və riyaziyyat sahəsində təhsilinizi davam etdirmisiniz. Daha sonra ixtisasınızı süni intellektə yönləndirdiniz. Bu necə baş verdi?

– Orta Doğu Teknik Universitetində (ODTU) kompüter mühəndisliyi oxuyurdum. Daha sonra ikinci ixtisas kimi riyaziyyatı seçdim. ODTU-də çox maraqlı 4 il keçirdim. Bundan sonra magistraturada təhsil almaq üçün İsveçrə Federal Texniki Universitetinin Lozanna (EPFL) şəhərindəki bölməsinə yönəldim. Burada dünya riyaziyyat və kompüter elmləri sahəsində iz qoyan bir çox görkəmli professor tanıdım və onlardan dərs almaq şərəfinə nail oldum. Məşhur professor Janos Pach ilə daha yaxından işləyib, onun referansı ilə Amerikada Karneqi Mellon Universitetinə doktoranturaya qəbul oldum. Bu universitet kompüter elmləri, süni intellekt və dram məktəbi sahəsində dünyaca məşhurdur. Doktorantura oxuduğum illərdə dünyada süni intellekt sahəsində böyük sıçrayış baş verirdi. Bu, məni də maraqlandırdı və tədqiqat sahəmi süni intellektə yönəltdim.

“Google” şirkətində təcrübə keçdim”

– “Google”da təcrübə keçmisiniz. “Google” ilə yolunuz necə kəsişdi?

– Doktoranturada oxuyarkən 2-ci ili bitirdikdən sonra “Google” şirkətində təcrübə keçdim. İlk dəfə orada gördüm ki, sənayedə tədqiqat sahəsində necə layihələr üzərində işləyirlər. Demək olar ki, orada nəzəriyyə ilə məşğul olan yoxdur. Üstəlik, bir çox insan maşın öyrənilməsi və süni intellekt üzərində işləyirdi. Universitetə qayıtdıqdan sonra mən də tədqiqat sahəmi nəzəri maşın öyrənilməsi və süni intellekt alqoritmləri sahəsinə dəyişdirdim. Hazırda “Facebook”un  Nyu-York ofisində tədqiqatçı işləyirəm.

– İşinizin xüsusiyyətləri nədir?

– “Facebook” və “İnstaqram”ın əsas gəlir mənbəyi reklamlardır. Bu proqramların milyardlarla istifadəçisi var. Hər istifadəçinin hansı reklamı görməsi avtomatlaşdırılmaq məcburiyyətindədir. Bu avtomatlaşdırma mürəkkəb alqoritm vasitəsilə olur. Onun dizaynında isə yüzlərlə elmi işçi işləyir. Alqoritmin təxmini illik dövriyyəsi 100 milyarddan artıqdır. O qrupda bizim hər birimizin işi ondan ibarətdir ki, alqoritmi daha dəqiq hesablayaq. Bəzən “instaqram”da və “facebook”da sizə aid olmayan reklamlar görürsünüz. Onların aradan qaldırılması və insanların diqqətinə, marağına uyğun reklamların qarşısına çıxmasını təmin etməyə çalışırıq. Kənardan sadə reklam kimi görünsə də, bu çox çətin süni intellekt məsələsidir. Eyni məntiqi bir çox sahələrə tətbiq etmək mümkündür. Yəni bu alqoritmlər tək reklamla əlaqəli deyil. 

“Sosial şəbəkələrdə reklamlar bunun nəticəsində qarşımıza çıxır”

– Sosial şəbəkələrdə bir çox hallarda istifadəçi hansısa məhsul haqqında düşünürsə, qarşısına çıxır. Bu, necə baş verir?

– Bəzi insanlar düşünür ki, onları dinləyirlər. Texnologiyanın hələ ki belə gücü yoxdur. Bunu bilmək üçün bir addım gerini düşünməliyik. Nəyisə haradasa gördükdən və ya kiminləsə o barədə danışdıqdan sonra düşünürük. Çox vaxt ünsiyyət qurduğumuz insanlar bu barədə artıq internetdə axtarış vermiş olurlar. Reklamlar bunun nəticəsində qarşımıza çıxır.

– “Google” və “facebook”un iş prinsiplərindən danışardınız.

– Ən əsası, kimin nə geyindiyi, kimin işə nə vaxt gəldiyi heç kimə maraqlı deyil. İstəyən istədiyi saatda gəlir, istədiyi saatda gedir. Şirkətə maraqlı olan verilən tapşırıqları yerinə yetirməkdir. Bu kənardan bəzən çox rahat və rəngarəng görünsə də, əslində, işçinin üzərinə qoyulan çox böyük məsuliyyətdir. 

“Süni intellekti öyrənmək üçün “Facebook” ən yaxşı yerdir”

– “Facebook” sizin üçün zirvədir, yoxsa hələ yolunuz var?

– İşimi çox bəyənirəm. Süni intellekti öyrənmək üçün “Facebook” ən yaxşı yerdir. Dünya daim dəyişir və inkişaf edir. Hər bir şirkət, universitet bu dinamizmin bir parçasıdır. Ona görə də bu fəaliyyətlər axıntısında heç bir ünvanı zirvə adlandırmıram.

– Bir insanın əgər istəyərsə, hər şeyi bacaracağına inanırsınız. Bəs burada şans rol oynayırmı?

– Şans rol oynayır. Mənim şansım ailəm idi. Amma öyrənmək insanın özündən asılıdır. Apardığımız tədqiqat ilə cansız kompüterə öyrətməyi bacarırıqsa, canlı, dərrakəsi olan insanın öyrənə bilməyəcəyini necə iddia etmək olar?  Əlbəttə, istədiyimiz hər şeyi əldə etməyəcəyik. Bəzən həyat istiqamətimizi bizdən asılı olmadan dəyişir. Yeni vəziyyətə tez adaptasiya olub, qaldığımız yerdən davam etməyi bacarmalıyıq.

Oxşar yazılar:

  1. Microsoft Windows 11-ə yeni görüş imkanları əlavə edir
  2. Suicide Squad Kill the Justice League oyun icmalı
  3. Contraband oyunu maşın döyüşlərinə əsaslanır
  4. S23 vs S22 – Hansı Samsung Telefonu Qalibdir?
Keçən Məqalə

Bütün telefonlara simsiz enerji doldurma qabiliyyəti əlavə etmək mümkündürmü?!

Gələn Məqalə

Şəxsi çatı WhatsApp-dan Telegram-a necə köçürmək olar?

Oxumaqa Davam

Neuralink-in Beyin Çipi Artıq 5 İnsanda Sınaqdadır
Süni intellekt

Neuralink-in Beyin Çipi Artıq 5 İnsanda Sınaqdadır

İyun 3, 2025

Elon Musk-ın rəhbərlik etdiyi Neuralink şirkəti, insan beyninə birbaşa texnoloji müdaxilə yolunda əhəmiyyətli bir mərhələni geridə qoyub. Şirkətin elan etdiyi...

Read more
Altmanın Hekayəsi: İdealizmdən Data Mərkəzlərinə
Süni intellekt

Altmanın Hekayəsi: İdealizmdən Data Mərkəzlərinə

İyun 2, 2025

Texnologiyanın həyatımıza hökm sürdüyü bu çağda, süni intellekt (AI) artıq yalnızca bir texniki yenilik deyil, həm də etik, siyasi və...

Read more
Vebsayt dizaynı üçün süni intellekt alətləri
Süni intellekt

Ən Yaxşı Vebsayt Dizaynı Üçün Süni İntellekt Alətləri 2025

May 31, 2025

Vebsayt dizaynı üçün süni intellekt alətləri barədə nə bilirsiz? Vebsayt dizaynı indi təkcə texniki biliklərlə deyil, süni intellektin gücü ilə...

Read more
Amazon süni intellektini “The New York Times” ilə gücləndirir
Süni intellekt

Amazon süni intellektini “The New York Times” ilə gücləndirir

May 29, 2025

Süni intellekt sahəsində qlobal güclərdən biri olan Amazon, dünya mətbuatının nəhəngi “The New York Times” ilə imzaladığı yeni lisenziya müqaviləsi...

Read more
Please login to join discussion
Reklam Reklam Reklam
ADVERTISEMENT

RSS Baku Sinemada Yenilər:

  • Film Harry Potter: Sehrli Dünyaya Səyahət Edən Hər Kəsin Müqəddəs Kılavuzu
  • Laggies 2014: Yetkinləşməyə Hazır Olmayanların Hekayəsi
  • The Secret Sex Life of a Single Mom: Tək Ananın Gizli Həyatı
  • Sick (2022): Pandemiya dövründə qorxu və gərginlik
  • Joker 2: Folie à Deux 2024 – Dəlilik İçində Sevgi
  • Bugso 2022 🔞 – İstəklər və İkili Duyğuların Talanı
  • Hustlers 2019 – Qadın Gücünün Cazibəli və Qaranlıq Tərəfi
  • Tonight You’re Sleeping With Me 2023 – Sevgidə Seçim
  • Dip 2018 Serialı: Sirli Dünyaya Yolçuluq
  • Erkenci Kuş 2018 Serialı – Xəyallar, Yalanlar və Sevgi
Bakutime.com-dan Azərbaycanda onlayn bizneslərə pulsuz dəstək Bakutime.com-dan Azərbaycanda onlayn bizneslərə pulsuz dəstək Bakutime.com-dan Azərbaycanda onlayn bizneslərə pulsuz dəstək
“Thief VR” Qaranlıqda Səssizcə Geri Döndü

“Thief VR” Qaranlıqda Səssizcə Geri Döndü

İyun 5, 2025
Nubia Red Magic 10S Pro: Qrafika, Güc və Stil Birləşməsi

Nubia Red Magic 10S Pro: Qrafika, Güc və Stil Birləşməsi

İyun 5, 2025
iPhone 18 Pro-da A20 çipi ilə yeni nəsil sürət

iPhone 18 Pro-da A20 çipi ilə yeni nəsil sürət

İyun 4, 2025
McLaren 750S LM: Yarış Əfsanəsinə Layiq 50 Əsər

McLaren 750S LM: Yarış Əfsanəsinə Layiq 50 Əsər

İyun 4, 2025
Vivo X Fold 5, iPhone 16 Pro Max-dan da nazik model təqdim edir

Vivo X Fold 5, iPhone 16 Pro Max-dan da nazik model təqdim edir

İyun 4, 2025
Neuralink-in Beyin Çipi Artıq 5 İnsanda Sınaqdadır

Neuralink-in Beyin Çipi Artıq 5 İnsanda Sınaqdadır

İyun 3, 2025

Linklər

ایران شاپ

خرید سرور مجازی

Baku Sinema – Film və Serial Dünyası

Free Digital Business Card

Baku Time Nədir?

Texnologiya, İnformatika, Müasirlik və Enerji üzrə Tədqiqat Saytı

Linklər

ekran şəkilləri

huawei pura 70 ultra qiymeti

süni intellekt nədir

iphone 15

volkanserver

Yeni Nə Var?

“Thief VR” Qaranlıqda Səssizcə Geri Döndü

“Thief VR” Qaranlıqda Səssizcə Geri Döndü

İyun 5, 2025
Nubia Red Magic 10S Pro: Qrafika, Güc və Stil Birləşməsi

Nubia Red Magic 10S Pro: Qrafika, Güc və Stil Birləşməsi

İyun 5, 2025
iPhone 18 Pro-da A20 çipi ilə yeni nəsil sürət

iPhone 18 Pro-da A20 çipi ilə yeni nəsil sürət

İyun 4, 2025
  • BakuTime-da Reklam
  • BakuTime haqqında

© 2021 Baku Time - Texnologiya xəbərləri, təlim, alış-veriş bələdçisi

No Result
View All Result
  • Ev
  • Gaming
  • Texnologiya
    • Azərbaycan texnologiya xəbərləri
    • Aksesuarlar
    • Mobile və Telefon
    • Əməliyyat sistemi
    • Hardware
    • Kompüter
    • Kosmos
    • Maşın
    • Məişət texnikası
    • Noutbuk
    • Tablet
  • İnternet və şəbəkə
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Telefon informasiya
    • Veb dizayn
    • WordPress
    • Qoşmalar
    • Seo
  • Yeni Məlumat
  • Login
  • Sign Up

© 2021 Baku Time - Texnologiya xəbərləri, təlim, alış-veriş bələdçisi

Welcome Back!

Sign In with Google
OR

Hesabınıza daxil olmaq üçün aşağıdakı formadan istifadə edin:

Şifrəni unutmusunuz? Üzv Ol

Create New Account!

Qeydiyyatdan keçmək üçün aşağıdakı formaları doldurun

Bütün sahələr tələb olunur. Log In

Parolunuzu bərpa edin

Parolunuzu sıfırlamaq üçün istifadəçi adınızı və ya e-poçt ünvanınızı daxil edin.

Daxil Ol

Add New Playlist