Yunanıstanda Ukrayna təyyarəsinin qəza səbəbi məlum oldu – YENİLƏNİB + VİDEO
Yunanıstanda Ukraynaya məxsus “Antonov An-12BK” yük təyyarəsinin qəzaya uğramasının səbəbi məlum olub.
Məlumata görə, ekipaj təyyarənin mühərrikində yanğın olduğunu bildirib.
Qeyd edək ki, hadisə nəticəsində 8 nəfər ölüb. Təyyarənin mina daşıdığı bildirilib.
11:28
Ukraynaya məxsus “Antonov An-12BK” yük təyyarəsi Yunanıstanın şimalındakı Kavala şəhəri yaxınlığında qəzaya uğrayıb.
Məlumata görə, hadisə zamanı yük təyyarəsində 8 nəfər olub. Onların hamısı ölüb.
Qeyd olunub ki, qəzaya uğrayan təyyarə Serbiyadan Banqladeşə 11,5 ton müdafiə təyinatlı məhsul aparırmış.
Mənbə: “Lenta Dnya”