Xaçmazda zəncirvari qəza olub, xəsarət alanlar var
Bu gün axşam saatlarında Xaçmaz şəhərində zəncirvari qəza baş verib.
APA xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.
“Audi” markalı nəqliyyat vasitəsi yolun kənarında dayanan 4 maşınla toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.