Türkiyədə teraktın qarşısı alındı: Polis əməkdaşının avtomobilinə bomba qoyuldu – FOTO
Türkiyənin Mardin şəhərinin Nusaybin rayonunda terror aktının qarşısı alınıb.
Terrorçular tərəfindən çevik polis qüvvələrinin əməkdaşının şəxsi avtomobilinin altına kustar üsulla düzəldilmiş bomba yerləşdirilib.
Bomba müəyyən edildikdən sonra hadisə yerinə ekspertlər cəlb olunub və təhlükəsiz şəraitdə partladılıb.
Faktla bağlı araşdırma başladılıb.
Mənbə: Yeni Şafak