Türkiyədə gəmi fırtınaya düşdü: Sərnişinlər arasında panika yaşanıb – ANBAAN VİDEO
Türkiyədə Bursa şəhərindən İstanbul şəhərinə doğru hərəkət edən sərnişin gəmisi fırtınya düşüb və nəticədə gəmi çevrilmək təhlükəsi ilə üz-üzə qalıb.
200-ə yaxın sərnişinin olduğu gəmidə həyəcanlı anlar yaşanıb.
Təşvişə düşən sərnişinlər qışqırmağa başlayıb, bəziləri huşunu itirib.
Hadisə vaxtı sərnişinlərdən biri gəmidəki təşviş dolu anları telefonuna çəkib.
Mənbə: “Demirören Haber Ajansı” (DHA)