Tovuzda yol qəzasında ölən və yaralıların şəxsiyyəti məlum olub – YENİLƏNİB + FOTO
Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
“BakuTime.com”un Qərb bürosunun məlumatına görə, 1966-cı il təvəllüdlü Rəna Tağıyeva hadisə yerində dünyasını dəyişib.
Tovuz rayon sakini, 2016-cı il təvəllüdlü Fərid Tağıyev, 1963-cü il təvəllüdlü Fərman Tağıyev, 1995-ci il təvəllüdlü Alıyev Rəmzi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
21:57
Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“BakuTime.com” xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.
“VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.