Şotlandiyada hökumət evi qaza görə satıla bilər
Şotlandiyanın baş naziri Nikola Stercenə hökumət evini satmaq təklif olunub.
Bu, ötən əsrdə inşa edilmiş binanın müasir enerji qənaəti və ətraf mühit texnologiyalarına uyğun olmaması ilə izah edilib.
Belə ki, tarixi binada enerjiyə qənaət edən texnologiyaların tətbiqi olduqca baha başa gəlir. Bunun üçün 5,8 milyon funt-sterlinq tələb olunur.
Məhz bu səbəbdən də, ekspertlər baş nazirə Edinburqdakı müasir enerjiyə qənaət texnologiyaların daha asanlıqla tətbiq oluna biləcəyi yeni ofisə köçməyi təklif ediblər.
Mənbə: lenta.ru