Şəkidə avtomobil piyadanı vurdu
Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki – Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-21011” markalı avtomobil yolu keçmək istəyən naməlum yaşlı qadını vurub. Ağır bədən xəsarətləri alan qadın Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.