Rusiyalı nazirin çıxışı zamanı nümayişkəranə ETİRAZ – VİDEO
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun çıxışı zamanı beş ölkənin nümayəndəsi Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığı (APEC) təşkilatının ticarət nazirlərinin görüşünü tərk edib.
Bu barədə Tailand XİNnin sözçüsü Thani Senqrat bildirib.
Onun sözlərinə görə, zalı tərk edənlər Yaponiya, ABŞ, Avstraliya, Kanada və Yeni Zelandiya nümayəndələri olub.
Xatırladaq ki, mayın 21-də Banqkokda APEC-ə üzv olan 21 ölkənin ticarət nazirlərinin ikigünlük iclası başlayıb.
Mənbə: RİA Novosti