Qusarda ev yanıb: 40 yaşlı kişi ölüb
Qusar rayonunda yaşayış evi yanıb.
APA-nın məlumatına görə, hadisə rayonun Gündüzqala kəndində qeydə alınıb.
Kənd sakini, 1981-ci il təvəllüdlü Babayev Əşrəf Əmirağa oğluna məxsus yaşayış evi tamamilə yanıb. Ev sahibi Ə.Babayev yanaraq ölüb.
Faktla bağlı araşdırmalar aparılır.