Qazaxıstanın DTK rəhbəri istefaya göndərildi, Almatıda antiterror əməliyyatı başladı – VİDEO
Qazaxıstanda etirazlar səngimək bilmir.
Bir müddət öncə Almatıda antiterror əməliyyatı başlayıb. Görülən təbdirlər nəticəsində şəhərin hava limanı etrazçılardan təmizlənib.
Hazırda aeroportun adi iş rejimdə fəaliyyəti üçün lazımi tədbirlər görülür.
Paralel olaraq, Qazaxıstanın Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) rəisi Kərim Məsimov vəzifəsindən azad edilib.
Onun yerinə Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Yermek Saqimbayev təyin olunub.
Mənbə: “RİA Novosti”