Qazaxıstan səfiri: “Dinc başlayan aksiyalar Almatıda təxribata çevrildi” – VİDEO
Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekoğlu ölkəsindəki vəziyyət barədə danışıb.
Bu barədə “Haber Global” yazıb.
“Qazaxıstanda gərginlik yüksəkdir. Etirazlar Almatıya da sıçradı. Vəziyyət nəzarətdən çıxdı. Dinc başlayan aksiyalar ölkənin ən böyük şəhəri Almatıda təxribat xarakterli hadisələrə çevrildi”, – deyə səfir bildirib.