Qazax-Bakı yolunda QƏZA: Sərnişinlər təxliyə edildi – FOTO
Qazax-Bakı yolunun Kürdəmir-Hacıqabul ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
“BakuTime.com” –-ın xəbərinə görə, “Mercedes-Benz” markalı minik avtomobili Ağdaşdan Bakıya sərnişin daşıyan “Mercedes-Benz Sprinter” markalı nəqliyyat vasitəsilə toqquşub.
Minik avtomobilinə ciddi ziyan dəyib. Xoşbəxtlikdən sərnişinlər arasında xəsarət alan olmayıb.
Hazırda sərnişinlərin başqa maşınlarla təxliyəsi həyata keçirilir.
BakuTime.com – Xəbərlər