“Qəbələ”nin “Fehervar”la görüşdə zədələnən futbolçusu xəstəxanaya yerləşdirildi – YENİLƏNİB
Macarıstanda “Fehervar”a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən “Qəbələ”nin futbolçusu İlkin Qırtımovun son durumu açıqlanıb.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin “BakuTime.com”a verdiyi məlumata görə, 32 yaşlı müdafiəçi xəstəxanaya yerləşdirilib.
O, sistem köçürülən oyunçunun altı saat həkim nəzarəti altında qalacağını bildirib.
22:04
“Fehervar”-“Qəbələ qarşılaşmasının ilk hissəsi yekunlaşıb.
İlk hissənin 16-cı dəqiqəsində “Qəbələ” R.Utziqin zərbəsi ilə hesabda önə çıxıb. Meydan sahibləri 30-cu dəqiqədə K.Kodronun qolu ilə hesaba tarazlıq gətirib. İlk hissə 1:1 hesabı ilə başa çatıb.
Qarşılaşmada “Qəbələ”nin futbolçusu İlkin Qırtımov ağır zədə alıb. Rəqib oyunçu ilə toqquşmadan sonra 32 yaşlı müdafiəçinin dili qatlanıb. Ona ilk yardımı komanda yoldaşı Asif Məmmədov göstərib. “Qırmızı-qaralar”ın kapitanı dərhal müdaxilə edərək, Qırtımovun həyatını xilas edib. Onun əvəzinə oyuna Rüfət Əhmədov daxil olub.
21:02
UEFA Konfrans Liqasında daha bir Azərbaycan təmsilçisi mübarizəyə başlayıb.
“Qəbələ” komandası II təsnifat mərhələsinin ilk oyununda “Fehervar” kollektivinin qonağıdır.