Premyer Liqada qol yağışı: “Şəhərlilər” altı, “topçular” beş qolla qazandı – VİDEO
İngiltərə Premyer Liqasında 19-cu turun bir sıra qarşılaşmaları baş tutub.
Tunirin lideri “Mançester Siti” “Lester”i qəbul edib. 6:3 hesablı qələbə ilə “şəhərlilər” zirvədəki mövqelərini bir qədər də möhkəmlədiblər.
Turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan “Arsenal” səfərdə “Norviç”in qapısından 5 cavabsız qol keçirərək çempionatın ilk dördlüyünə daxil olub –0:5.
Xeyli müddətdir koronavirus səbəbindən oyunlardan kənar qalan “Tottenhem” də böyük hesabla, lakin doğma meydanda “Kristal Pelas”a qalib gəlib – 3:0.
İlin sürpriz komandalarından olan “Vest Hem” isə doğma azarkeşləri önündə “Sauthempton”a məğlub olub – 2:3.