Ötən il 421 uşaq müxtəlif səbəblərdən sığınaqlara yerləşdirilib
“2021-ci ildə xüsusi qayğıya ehtiyacı olan 421 uşaq sığınacaqlara yerləşdirilib”.
Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin 2021-ci il üçün hesabatında qeyd edilib.
Bildirilib ki, xüsusi qayğıya ehtiyacı olan 421 uşaqdan 318-i oğlan, 103-ü isə qızdır.
Uşaqlardan 218 nəfəri qeyri-rəsmi nikahdan dünyaya gəldiyi üçün anaları tərəfindən, 25 nəfəri qeyri-rəsmi nikahdan dünayay gəldiyi üçün ataları tərəfindən sığınacağa təhvil verilib.
Həmçinin 87 nəfəri valideynləri boşandığı üçün anaları tərəfindən, 42 nəfər valdieynləri boşandığı üçün ataları tərəfindən sığınacağa verilib.
Sığınacağa verilən uşaqlar arasında həyat yoldaşını itirən qadınlar tərəfindən verilən 37 uşaq, həmçinin həyat yoldaşını itirən kişilər tərəfindən verilən 6 uşaq da olub.
Qeyd edək ki, 6 uşaq isə nənə və babaları tərəfindən sığınacağa verilib.