OPEC-in yeni baş katibi seçildi
OPEC nazirləri bazar ertəsi keçirilən xüsusi videokonfransda 2022-ci ilin avqustundan təşkilatın yeni baş katibi olacaq şəxsi müəyyənləşdiriblər.
Bu, Küveyt nümayəndəsi Haysama əl-Qeysdir.
Əl-Qeys 2016-cı ildən bu vəzifədə çalışan nigeriyalı Məhəmməd Barkindonu əvəz edəcək. Sonuncunun səlahiyyət müddəti 2022-ci ilin iyulunda başa çatır.
Qeyd edək ki, Əl Qeys 2017-2021-ci illərdə Küveytin OPEK-dəki nümayəndə heyətinə rəhbərlik edib. Onun namizədliyi siyahıda yeganə olub.
Mənbə: TASS