Oliveyra Poryeyə qalib gəlib çempionluq titulunu qorudu – VİDEO
Braziliyalı qarışıq döyüş üstası Çarlz Oliveyra UFC 269-un əsas qarşılaşmasında amerikalı Dastin Poryeni məğlub edərək, yüngül çəkidə çempionluq titulunu ilk dəfə uğurla müdafiə edib.
Döyüş bazar günü, dekabrın 12-də Las-Veqasda baş tutub.
Porye ilk raundda daha yaxşı görünsə də, döyüşün növbəti hissəsində Oliveyra təşəbbüsü ələ keçirib. Braziliyalı üçüncü raundda boğma fəndi ilə qalibiyyət qazanıb.
Qeyd edək ki, bu, Oliveyranın ardıcıl onuncu qələbəsi olub.
Mənbə: championat.com