• Baku Time haqqında |
  • ● ADS |
  • Sirrsaxlama |
  • Əlaqə
Baku Time
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
Baku Time
No Result
View All Result

Od-alovdan çıxan şeirlər – Şuşadakı Vaqif Poeziya Günlərindən REPORTAJ

Avqust 1, 2022
in Xəbərlər
Reading Time: 5 mins read
A A
Home Xəbərlər
Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol
Share on FacebookShare on TwitterPaylaşPaylaşPaylaşPaylaş

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

Od-alovdan çıxan şeirlər – Şuşadakı Vaqif Poeziya Günlərindən REPORTAJ

Bu gün Şuşada həyat var. Bu gün o bağları buludlardan asılmış beşikdə yeni – kökləri üstündə bitən bir Şuşa doğulub, gözümüzün qabağında böyüyür. Bu gün burada bir-birindən gözəl mədəniyyət tədbirləri keçirilir. Burada “Qarabağ şikəstəsi”nin sədaları ərşə yetişir. Ərşə yetişdikcə, Şuşanın yatmış bəxti silkələnib oyanır.

Şuşadayam. Və Şuşada artıq bir il səkkiz aydır ki, bahardır. Kəpənəklər elə azad, elə bəxtəvər uçuşur ki. Heç iyulda da lalə olar? Var! Vallah var, billah var. Tarixin şən, sərt, sevinc dolu günlərinin ayaq izlərini özündə saxlayan, yağışda islanan, günəşdə quruyan daşların arasından Şuşanın mehindən xəfif-xəfif yellənən lalələr boylanır. Tanrı “OL!” deyib və olub! 

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Evlərə tavan olan ağaclar

Gülləboran edilmiş uçuq-sökük evlərin divarlarına, şüşəsi sınmış pəncərələrinə baxıram. Yarımçıq qalmış, sanki ara fasiləsi verilmiş talelərə bənzəyirlər. Bir vaxt ev-eşik, ocaq-yurd olan bu evlərin içində ağaclar bitib. Və bu ağaclar evlərin tavanını örtüb. Bəlkə də tavan olublar o evlərə. Yağışdan, qardan qoruyub. Bu ağaclar o evlərdə yaşamayan, yaşaya bilməyən insanların, böyüməyən, böyüyə bilməyən uşaqların varlığıdır elə bil. İlahi, sən o insanların yerinə bu evlərdə ağacları yaşatdın. Yaşatdın ki, kökləri həmin torpağa, yarpaqları həmin səmaya bağlı qalsın. Və bu gün Şuşada həyat var. Sözün əsl mənasında həyat var. Bu gün həmin o bağları buludlardan asılmış beşikdə yeni – kökləri üstündə bitən bir Şuşa doğulub, gözümüzün qabağında böyüyür. Bu gün burada bir-birindən gözəl mədəniyyət tədbirləri keçirilir. Burada “Qarabağ şikəstəsi”nin sədaları ərşə yetişir. Ərşə yetişdikcə, Şuşanın yatmış bəxti silkələnib oyanır.

100-dən çox kitabın nümayişi 

Düz qırx il əvvəl Vaqif türbəsi Cıdır düzündə – şairin həlak olduğu və dəfn edildiyi təpədə ucaldılmışdı. Erməni işğalçılarının dağıtdığı məqbərə ötən il bərpa olunub. Bu gün – iyulun 14-də yenidən ömür almış məqbərənin önündə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri keçirildi. Qırx illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq ikinci dəfədir təşkil olunur. Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin və qazilərin iştirak etdikləri Poeziya Günləri “Qarabağ” mehmanxanasının qarşısında təşkil olunan kitab sərgisi ilə başladı.

Sərgini Azərbaycan Yazıçılar Birliyinin üzvü İlqar Fəhmi açdı,  Xalq yazıçısı Anar qonaqları salamladı. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid isə sərgi barədə məlumat verdi. Bildirdi ki, sərgidə 100-dən çox şair və yazıçının kitabları nümayiş etdirilir. 

Otuz illik həsrətin, 44 günlük Zəfərin təqdimatı 

Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” və Şuşada keçirilmiş Vaqif Poeziya Günləri barədə “Bütün yollar Şuşaya aparır…” kitablarının təqdimatı da oldu.  “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə Qələbəmizin ilk günlərindən hazırlanmağa başlanıb. Kitabda azad olunmuş Qarabağdan olan yazıçılar öz rayonları haqqında xatirələrini yazıb. Ramiz Rövşən Qubadlı, Seyran Səxavət Füzuli, Elçin Hüseynbəyli Cəbrayıl, Aqil Abbas Ağdamla bağlı xatirələrini qələmə alıb. Amma təkcə xatirələrdən ibarət deyil kitab. Eyni zamanda, Qarabağın tarixi, ədəbiyyatı, musiqi adamları haqqında zəngin məlumatlar da yer alıb. Həmçinin şairlərin Qarabağa həsr olunmuş şeirlərinə, ötən il “Xarıbülbül” musiqi festivalından sonra yazılmış publisist məqalələrə də kitabda yer verilib. 

Od-alovdan çıxan şeirlər 

Ardınca Vaqifin məqbərəsi önündə “İgidlərin sözü” kompozisiyası təqdim olundu. Vətən müharibəsinin iştirakçısı olan şairlər hər sözündə, hər hərfində vətən olan şeirlərini səsləndirdilər. Bu şeirlər, sadəcə təxəyyül deyildi, müharibənin odundan-alovundan çıxan şairlərin duyğularının sözə çevrilməsi idi. Bu şeirlər muğamın müşayiəti ilə elə səslənirdi, elə dalğalanırdı, Şuşanın sərin mehinə elə qarışırdı ki, qürur, fəxarət simvolikasına çevrilirdi.

Nə gözümdə qorxu var, nə də…

Cıdır düzünə qədəm qoydum. Bir də baxdım ki, sıldırım qayanın lap kənarındayam. Dayanmışam üzü dağlara! Əmin dayanmışam, cəsarətli, qürurlu dayanmışam, dövlətimə, əsgərimə arxayın dayanmışam. Nə gözümdə qorxu var, nə də ürəyimdə ağrı. Ancaq qələbə sevinci, ancaq məğrurluq var. Bu hissi, adı olmayan duyğunu ilk dəfə idi yaşayırdım. Və bu duyğuya Vaqif poeziya günlərinin davamı olan, Nicat Kazımovun quruluş verdiyi möhtəşəm bir kompozisiya sehrli bir ovqat qatdı. Azərbaycanın dahi şairlərinin Şuşada görüşü idi sanki bu kompozisiya. Ocağa ocağın sahibləri toplamışdı. Çünki “Qarabağ şikəstə”si bu gün şikəst səslənmədi. Bu gün azad, rahat, quş qanadında göylərə qalxdı, səmaya səsləndi. Bu gün Cıdır düzündə çiçəklər də nəğmə oxudu, şeir dedi. Bu gün “yaralı heykəllər”in də yarası sağaldı. Bu gün evlərdə bitən ağacların yarpaqları da xoşbəxt idi. 

Gizlicə bir ovuc ulduz götürdüm ki… 

Həmişə eşidirdim ki, cökə ağacı başqa bölgələrimizdə mayda, Şuşada yayda çiçəkləyir. Gördüm, gözlərimlə gördüm, sevinclə dolan, sevincdən dolan gözlərimlə gördüm. Bu axşam, əlim də səmaya uzatsam bir ovuc ulduz götürəcək kimiydi. Bu gün ay da bütöv idi, tam idi. Şuşanın ulduzlarla alışıb-yanan sakit, barıt qoxusu olmayan səmasında günəş kimi görünürdü. Səmadan gizlicə bir ovuc ulduz götürdüm, ürəyimin içində gizlətdim. Bakıya qədər yol boyu bir-bir səmaya atacam. Qoy bütün Azərbaycanda Şuşanın ulduzları yansın. 

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO
Xəbərlər

Rusiyada “Manana” restoranı yandı – VİDEO

İyul 31, 2022
CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır
Xəbərlər

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

İyul 31, 2022
Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü
Xəbərlər

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

İyul 30, 2022
ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb
Xəbərlər

ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb

İyul 30, 2022
Next Post
Aİ-nin 27 ölkəsindən yalnız altısı Rusiyanın aktivlərini fəal şəkildə bloklayır

Aİ-nin 27 ölkəsindən yalnız altısı Rusiyanın aktivlərini fəal şəkildə bloklayır

Please login to join discussion

Alış-veriş bələdçisiyüksək məlumat

Huawei Watch GT3 İcmalı

Huawei Watch GT3

Harmonik əməliyyat sistemi, misilsiz batareya ömrü, yaxşı qurulmuş korpus və çoxsaylı
Samsung Q80A QLED 4K TV -nin icmalı

Samsung Q80A QLED 4K TV

Samsung Q80A TV panel keyfiyyətinə görə OLED televizorları ilə rəqabət aparmağa
Sony X90J 4K TV icmalı

Sony X90J 4K TV

Apple M1-in 13 düymlük MacBook Pro-nun icmalı

Apple M1-in 13 düymlük MacBook Pro

MSI Katana GF66 11UE oyun noutbukunun nəzərdən keçirilməsi; Yeni nəslin emal nəhəngi

MSI Katana GF66 11UE

Galaxy A22 4G

Samsung Galaxy A22 4G

Baku Time nədir?

Texnologiya, İnformatika, Müasirlik və Enerji üzrə tədqiqat saytı

Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal. “DI” kolleksiyasının lisenziyası əsasında

BakuTime logo

Son Yazılar

  • Samsung Galaxy A53 və Samsung A73 müqayisəsi
  • Koreya nəhəngi Samsung-un ən görkəmli noutbukları ilə tanış olun
  • WordPress panelinə WordPress plaginlərini quraşdırmaq üçün addım-addım təlimat
  • Texnologiya təhsili necə dəyişdirir: hərtərəfli bələdçi
  • Samsung və onun mobil texnologiya imkanları haqqında bilməli olduğunuz hər şey
  • Maska taxmağın fəsadları nələrdir?
  • 2023-cü ilin ən yaxşı iqtisadi ağıllı saatları
  • Ən yaxşı android oyunları
  • Loop Builder ilə tanış olun
  • Android üçün ən yaxşı dictionary proqramları

Günün Baxış Sayı

Bu Günün Baxış Sayı: 1136

Dünən: 5231

Bizim Twitterimizdə nə xəbər var?

Arxivlər

  • Yanvar 2023 (7)
  • Dekabr 2022 (3)
  • Noyabr 2022 (3)
  • Oktyabr 2022 (8)
  • Sentyabr 2022 (3)
  • Avqust 2022 (8)
  • İyul 2022 (677)
  • İyun 2022 (672)
  • May 2022 (525)
  • Aprel 2022 (568)
  • Mart 2022 (689)
  • Fevral 2022 (749)
  • Yanvar 2022 (1656)
  • Dekabr 2021 (527)
  • Noyabr 2021 (97)

Linklər

  • Forza Horizon 5
  • Far Cry 6
  • the new GTA series
  • crypto signals telegram
  • Roof Garden
sitemap
  • Baku Time haqqında |
  • ● ADS |
  • Sirrsaxlama |
  • Əlaqə

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist