Nur şəhərinin qaranlığa məhkum küçəsi – VİDEO
Mingəçevirin Tərəvəzçilik sovxozu adlanan ərazisinin sakinləri sözügedən ünvanın işıqlandırlmamasından gileylənirlər.
Sovxozun bir neçə küçəsində işıq dirəkləri olsa da, 15-dən artıq evin yerləşdiyi adsız küçə qaranlığa qərq olub. Bu isə sakinləri narahat edir.
Orada yaşayanlar deyir ki, işıqlandırılan sonuncu küçə ilə onların arasındakı məsafə o qədər də uzaq deyil.
Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, adsız küçənin qaranlıq gecələrini aydınlandıran tapılmır.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: