Mourinyo ənənəvi özbək geyimində göründü – FOTO
Özbəkistan nümayəndə heyəti “Bolonya”-“Roma” oyundan əvvəl ikincilərin çalışdırıcısı Joze Mourinyonu görməyə gəlib.
Qonaqlardan biri qeyd edib ki, “Roma”nın özbək hücumçusu Eldor Şomurodovun uğurları onları çox sevindirir:
“Eldor təvazökar oyunçudur və gənc idmançılarımız üçün nümunədir. Onun İtaliyanın əsas komandalarından birinə keçməsi azarkeşlər və xalqımız üçün böyük hədiyyədir”, – deyə nümayəndə heyətindən bildirilib.
Görüş isti atmosferdə keçib. Mourinyo isə hədiyyə olaraq ənənəvi özbək bıçağı alıb.
Mənbə: “MatçTV”