Masallıda həyətində toy edən şəxs cərimələnib
Masallıda yaşayış evinin həyətində təşkil edilən toy mərasimi zamanı karantin qaydalarının pozulduğu aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Masallı rayonunun Tatyanoba kəndi ərazisində fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində təşkil edilən toy məclisində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən artıq olduğu aşkarlanıb.
Karantin rejim qaydalarının pozulduğuna görə toy təşkilatçısı G.Qurbanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.