Madaqaskar sahillərində gəminin batması nəticəsində 17 nəfər boğularaq ölüb
Madaqaskar sahillərində yük gəmisinin batması nəticəsində azı 17 nəfər həyatını itirib, 60-a yaxın şəxs itkin düşüb.
Mənbə yazır ki, gəminin göyərtəsində 130 sərnişin olub.
Hadisə yerində xilasedici qruplar cəlb olunub. 45 sərnişini xilas etmək mümkün olub.
Axtarış əməliyyatları davam edir.
Mənbə: Agence France-Presse