Məhəmməd bin Salman Co Baydenə Əbu Qreyb həbsxanasını xatırladıb
“Washington Post” qəzetinin jurnalisti Camal Qaşıqçının öldürülməsinə görə ABŞ prezidenti Co Bayden tərəfindən tənqidə məruz qalan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Birləşmiş Ştatlar rəhbərinə İraqdakı Əbu Qreyb həbsxanasını xatırladıb.
Məhəmməd bin Salman vurğulayıb ki, Səudiyyə Ərəbistanı gələcəkdə jurnalistlərin başına gələ biləcək istənilən hadisənin qarşısını almaq üçün bütün tədbirləri həyata keçirib.
Şahzadə Məhəmməd həmçinin C.Baydenə ABŞ-ın bəzi dəyərləri güc yolu ilə digər ölkələrə tətbiq etmək cəhdlərinə görə qınayıb.
Mənbə: Reuters