Lionel Messinin təkrar koronavirus testi neqativ çıxdı
Fransanın PSJ futbol klubunun argentinalı hücumçusu Lionel Messinin təkrar koronavirus testi neqativ çıxıb.
Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, futbolçunun yanvarın 2-də verdiyi testi pozitiv çıxmış, və o, “Vann”la (4:0) Fransa kubokunun 1/16 finalını buraxmalı olmuşdu.
Mənbə: TASS