Kompüter evli cütlüklərin möhkəmliyini proqnozlaşdırır
Alimlər müxtəlif alqoritmlərindən istifadə edərək, boşanma məlumatlarını təhlil ediblər.
Onlar münasibətlərin pozulmasına nəyin səbəb olduğunu öyrənməyə çalışıblar. Əldə edilən məlumatlar kompüterə yüklənilib.
Nəticədə cihaz evli cütlüklərin boşanma ehtimalını proqnozlaşdırmağı öyrənib.
Qeyd edək ki, araşdırma nəticəsində 2038 evli və ya birlikdə yaşayan cütlük haqqında məlumatlar toplanıb. Məlum olub ki, həm kişilər, həm də qadınlar üçün həyatdan məmnunluq, eləcə də qadının evdə nə qədər işləməsi ailənin dağılmasının ən vacib səbəbləridir.
Mənbə: ferra.ru