Keçmiş “Dəyirman”çının pulunu oğurladılar – FOTO
Keçmiş “Dəyirman” qrupunun üzvü, “ABD Malik” təxəllüsü ilə məşhurlaşan müğənni Malik Kələntərlinin pulu oğurlanıb.
“BakuTime.com” xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında məlumat paylaşıb.
İfaçı bank kartından qeyri-qanuni yolla pul çıxarıldığını vurğulayıb:
“Mənim profilimin adından, ya da ona oxşar adlarla sizə dostluğa sorğu gələ bilər. Açmayın. İçində videofayl açaraq kartımdan 546 manat oğurladılar”.
Sözügedən paylaşımı təqdim edirik: