İsveçdə koronavirusa yoluxanların sayı rekord həddə çatıb
İsveçdə koronavirusa gündəlik yoluxanma sayı rekord həddə çatıb.
Krallığın səhiyyə departamentindən bildirib ki, son 24 saatda aşkar edilən koronavirus xəstələrinin sayı 23,877 nəfər olub ki, bu da pandemiyadan bəri ən yüksək gündəlik göstəricidir.
Əvvəlki gündəlik maksimum çərşənbə axşamı 17,457 səviyyəsində qeydə alınıb.
Beləliklə də, İsveçdə pandemiyanın başlanğıcından indiyədək yoluxanların ümumi sayı 1 416 650 nəfər olub.
Koronavirusa yoluxduqdan sonra dünyasını dəyişən xəstələrin sayı isə 15 377 nəfərə çatıb.
Mənbə: TASS