İnam Kərimov: “Qarabağda kənd təsərrüfatının inkişafı bütün ölkənin inkişafına müsbət təsir göstərəcək”
“Heyvandarlıq sahəsində diri və heyvan mənşəli məhsulların ixrac yönümlülüyünün təşkili məqsədilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bir hissəsində heyvan xəstəliklərindən azad zonanın yaradılması üzrə birgə işlər aparılır”.
“BakuTime.com” –-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu işlər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirilir:
“İndiki halda Füzuli rayonu ərazisində giriş karantin nöqtələri yaratmaqla əraziyə gətirilən bütün heyvanların identifikasiya edilməsi, baytarlıq norma və qaydaları gözlənilməklə yerləşdirilməsi və saxlanmasının həyata keçirilməsi planlaşdırılır”.
O qeyd edib ki, Qarabağda kənd təsərrüfatının inkişafı bütün ölkənin inkişafına müsbət təsir göstərəcək.
BakuTime.com – Xəbərlər