İlhamə Quliyeva “TikTok”da trend oldu: “Sağ olsaydı, başlarına oyun açardı” – AÇIQLAMA + FOTO/VİDEO
Əməkdar artist Kübra Əliyeva mərhum Xalq artisti İlhamə Quliyevanın videolarının sosial şəbəkələrdə yumor xarakterli formada paylaşılmasından hiddətlənib.
“BakuTime.com”-a açıqlama verən Kübra Əliyeva həmin şəxslərə irad tutaraq bildirib ki, İ.Quliyevanın videolarını yumora qoymaq yox, hörmət etmək lazımdır:
“Allah ona qəni-qəni rəhmət etsin, kaş ki, sağ olaydı, onun konsertinə gedərdik. Dedi ki, 90 il yaşayacağam, amma Allah qoymadı. O sağ olsaydı, onu yumora qoyanların başlarına oyun açardı”.
Qeyd edək ki, son günlər Xalq artistinin videolarını yerli məşhurlarla yanaşı, bəzi türkiyəli “TikTok” istifadəçiləri də paylaşır.