II Yekaterinanın vaksinasiya ilə bağlı məktubu hərracda satılıb – FOTO
Londonda keçirilən hərracda rəssam Dmitri Levitskinin II Yekaterinanın portreti və 1787-ci ildə imperatriçanın çiçək xəstəliyinə qarşı peyvənd edilməsinin zəruriliyi ilə bağlı qraf Pyotr Rumyantsevə məktubu Londonda hərracda satılıb.
Məktub və portret Britaniyanın “MacDougall’s” evində bir lotda hərraca çıxarılıb. Alıcı 951 min funt-sterlinq (təxminən 2,151 milyon manat) ödəyib.
Qeyd edək ki, məktub Rusiyada ilk peyvənd kampaniyası haqqında məlum olan ilk tarixi sənəddir, bu da onu unikal edir.
Mənbə: RİA Novosti