Hikmət Hacıyev Türkiyə rəsmisinə təşəkkür edib – FOTO
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altuna İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya – “Stratcom 21” Sammitində iştirak dəvətinə görə təşəkkür edib.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi özünün “Twitter” hesabında yazıb.
“Stratcom 21 Türkiye Zirvəsinə dəvətə görə təşəkkür edirəm. Mən 44 günlük müharibə zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ Qələbəsi və Strateji Kommunikasiyalar mövzusunda StratCom Sammitində çıxış etmək şərəfinə nail oldum”.
Öz növbəsində Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da Hikmət Hacıyevə tədbirdə iştiraka görə təşəkkür edib. Türkiyə rəsmisi qeyd edib ki ortaq keçmiş, ortaq gələcək şüarı ilə birlikdə olmaq Türkiyə üçün çox qiymətlidir.
@StratcomSummit uğurlar arzulayiram. Strateji Communication mövzusunda çox önəmli mövzular müzakirə olunur. @fahrettinaltun Kardeşimə və bütün @StratcomSummit heyətinə bu Zirvənin mükəmməl təşkilinə görə təşəkkür edirəm. pic.twitter.com/vv63d74xb9
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 11, 2021