• Baku Time haqqında |
  • ● ADS |
  • Sirrsaxlama |
  • Əlaqə
Baku Time
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
Baku Time
No Result
View All Result

Hamilə arvadını bıçaqladı: “Öldürməyən kişi deyil” – Dəhşətli cinayətin TƏFƏRRÜATLARI

İyul 6, 2022
in Xəbərlər
Reading Time: 5 mins read
A A
Home Xəbərlər
Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol
Share on FacebookShare on TwitterPaylaşPaylaşPaylaşPaylaş

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

Hamilə arvadını bıçaqladı: “Öldürməyən kişi deyil” – Dəhşətli cinayətin TƏFƏRRÜATLARI

Bakıda Pərvin Ağayevin 23 həftəlik hamilə arvadını hansı səbəbdən bıçaqlaması ictimaiyyətə qaranlıq qalıb.

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib. 

İstintaqla müəyyən edilib ki, hadisə ötən il aprelində Bakının Nizami rayonu, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.

Pərvin Ağayev ilə arvadı Şəbnəm İsmayılova arasında dava düşüb.

Dava zamanı Şəbnəm İsmayılova boğaz və döş qəfəsi nahiyələrindən 3 bıçaq xəsarətləri alıb.

Qadın xəstəxanaya yerləşdirilib və onun hamilə olduğu məlum olub. Hüquq-mühafizə orqanları tərəfindən Pərvin Ağayev tutulub. 

Məhkəmədə danışan Pərvin Ağayev deyib ki, Şəbnəmlə təxminən 2019-cu ildə təsadüf nəticəsində tanış olub:

“Sonradan aramızda isti münasibət yarandı. 2021-ci ilin aprel ayının 29-dan oktyabr ayının 18-dək qeyri-rəsmi olaraq birlikdə yaşamışıq. Həmin dövrdə şəxsiyyət vəsiqəmi itirdiyimdən Şəbnəmlə rəsmi nikaha daxil ola bilməmişdim. Amma sənədlərimi qaydasına qoydum və oktyabr ayında rəsmi nikaha düşdük. Münasibətlərimiz qaydasında olub. Mən avtoyuma məntəqəsində işləyirdim, Şəbnəm isə çalışmırdı. Birtəhər dolanırdıq”.

Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, bir dəfə evdə olarkən özünə məxsus mobil telefonda “Domino” oyunu oynayarkən tanımadığı qızla oyunda mesajlaşıb:

“Şəbnəm həmin mesajları gördü. Bundan sonra aramızda mübahisələr yarandı. Məni evdən qovdu, dedi birdə üzümü görmək istəmir. Bu sözlərin qarşılığında Şəbnəmdən mənə bir həftə vaxt verməyini, ondan sonra evdən çıxıb gedəcəyimi və ayrılacağımı bildirdim. Bu söhbətlərdən sonra aramız konkret dəymişdi. Həmin vaxt Şəbnəmin anası bizə baş çəkməyə gəldi. O, bizə 80 manat pul verdi ki, qarşıdan yeni il gəlir evə yolka alaq. Sabahı gün qayınanam Şəbnəmlə birlikdə özü bazara gedib yolka aldılar. Lakin Şəbnəm telefonundan zəng edərək “nə üçün mənimlə birlikdə mağazaya gedib yolka seçimində mənə köməklik göstərmədin, pozğun qadınlara vaxt ayıra bilirsən, lakin mənə vaxt ayırmırsan, kişi ol, ə” sözlərini dedi. Dalınca qışqıra-qışqıra nalayiq ifadələr işlətdi. Mən də ona cavabımda söyüşlər söydüm və axşam evə gələndə danışacağıq dedim. Həmin gün, yəni 2021-ci il dekabrın 10-da axşam saat 22 radələrində dostum Orxanla birlikdə evə getdim. Orxanla evə getməkdə məqsədim istilik sisteminin suyunda 1 gün əvvəl yaranmış nasazlıq idi. Həm Orxan istilik sisteminə baxacaqdı, həm biz evdə su olmuş xalçanı avtoyuma məntəqəsinə aparacaqdıq. İşimizi bitirib, xalçanı da götürüb getdik. Sonra avtoyuma məntəqəsinin yaxınlığında oturub çay içməyə başladıq. Həmin vaxt Şəbnəm yenə mənə təhqiredici mesajlar yazmağa başladı. Dalınca mən zəng etdim, telefonda mübahisəmiz yarandı. Şəbnəmə boşanmaq istəyirsə, mən də bu fikri dəstəkləyəcəyimi dedim”.

Pərvin Ağayev deyib ki, həmin gün evə gedəndə qaynanası da onlarda olub: 

“Şəbnəmin anası Nazilə məni mənzilin digər otağına çəkərək barışmağımı xahiş etdi. Ailəmizin dağılmasını istəmədiyini, mənim getməyimə razı olmadığını dedi. Həmin vaxt Şəbnəm mənzilin qonaq otağından mənə qarşı nalayiq ifadələr işlədirdi və boşanmaq istədiyini bildirirdi. Mən hər dəfə Şəbnəmə söyüş söyməməsini deyirdim. Həmin vaxt əşyalarımı yığıb evdən getmək niyyətində olduğumu bildirdim. Buna baxmayaraq, Şəbnəm mənə söyüş söyməkdə davam etdi. Şəbnəmin sözlərindən əsəbiləşib qonaq otağına keçərək onun yaxasından tutub sakitləşməsini və söyüş söyməməsini tələb etdim. Əks təqdirdə öldürəcəyimi bildirdim. Şəbnəm isə mənə “öldürməyən kişi deyil” deyəndə, otaqda stolun üzərində olan mətbəx bıçağını götürdüm. Şəbnəmə təkrarən əgər səsini kəsməsə, söyüş söyməyə davam etsə, bıçaqla vuracağımla bağlı xəbərdarlıq etdim. Şəbnəm yenə də “vurmayan kişi deyil” deyəndə bıçaqla onun boyun nahiyəsindən vurdum. Bu vaxt Şəbnəm qaçmaq istədi, əl-qol atmağa başladı. Əlimdən qaçmaq istəyəndə saçından tutub, dala çəkərək bir bıçaq zərbəsi də vurdum. Bu zaman Şəbnəm qapıdan çıxıb qonşunun qapısını döydü. Qonşudan iki nəfər oğlan çıxaraq, Şəbnəmi əlimdən aldı, bıçağı da götürdülər. Qonşular Şəbnəmi üzbəüz qonşunun evinə saldı. Mən isə binanın həyətinə düşüb siqaret çəkməyə başladım. Həmin vaxt yaxın ünvanda yaşayan bacanağım Şəhriyar da ora gəldi və mənə Şəbnəmin qanının dayanmadığını bildirdi. Mən evə qayıdanda polis tərəfindən saxlanıldım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, onun Şəbnəmi öldürmək niyyəti olmayıb:

“Hadisə zamanı Şəbnəmi otaqda stolun üzərində olan böyük bıçaqla yox, kiçik bıçaqla vurmuşam. Onun hadisə zamanı mənə qarşı işlətdiyi nalayiq ifadələrin təsirindən əsəbiləşmişəm. Bu səbəbdən belə bir hal baş verib. Hadisənin belə bir vəziyyətə çatmasına səbəb Şəbnəmin mənə, valideynlərimə, ailə üzvlərimə söyməsi olub. Bir anlıq özünü idarə edə bilməmişəm. Hamilə olduğundan xəbərdar idim. Törətdiyim əmələ görə peşmanam”. 

Məhkəmədə zərərçəkən şəxs qismində dindirilən Şəbnəm İsmayılova ifadə verib. O, sonda bildirib ki, hadisədən sonra onların uşaqları dünyaya gəlib:

“Pərvini uşağımın atası kimi bağışlamışam, onunla barışmışam. Bu səbəbdən şikayətimdən imtina edirəm. Xahiş edirəm ki, bunu nəzərə alın”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərvin Ağayev 11 il 3 ay azadlıqdan məhrum edilib.

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO
Xəbərlər

Rusiyada “Manana” restoranı yandı – VİDEO

İyul 31, 2022
CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır
Xəbərlər

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

İyul 31, 2022
Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü
Xəbərlər

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

İyul 30, 2022
ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb
Xəbərlər

ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb

İyul 30, 2022
Next Post
Şəhid qardaşı Polis Şöbəsində döyülüb? – RƏSMİ AÇIQLAMA

Şəhid qardaşı Polis Şöbəsində döyülüb? - RƏSMİ AÇIQLAMA

Please login to join discussion

Alış-veriş bələdçisiyüksək məlumat

Huawei Watch GT3 İcmalı

Huawei Watch GT3

Harmonik əməliyyat sistemi, misilsiz batareya ömrü, yaxşı qurulmuş korpus və çoxsaylı
Samsung Q80A QLED 4K TV -nin icmalı

Samsung Q80A QLED 4K TV

Samsung Q80A TV panel keyfiyyətinə görə OLED televizorları ilə rəqabət aparmağa
Sony X90J 4K TV icmalı

Sony X90J 4K TV

Apple M1-in 13 düymlük MacBook Pro-nun icmalı

Apple M1-in 13 düymlük MacBook Pro

MSI Katana GF66 11UE oyun noutbukunun nəzərdən keçirilməsi; Yeni nəslin emal nəhəngi

MSI Katana GF66 11UE

Galaxy A22 4G

Samsung Galaxy A22 4G

Baku Time nədir?

Texnologiya, İnformatika, Müasirlik və Enerji üzrə tədqiqat saytı

Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal. “DI” kolleksiyasının lisenziyası əsasında

BakuTime logo

Son Yazılar

  • Samsung Galaxy A53 və Samsung A73 müqayisəsi
  • Koreya nəhəngi Samsung-un ən görkəmli noutbukları ilə tanış olun
  • WordPress panelinə WordPress plaginlərini quraşdırmaq üçün addım-addım təlimat
  • Texnologiya təhsili necə dəyişdirir: hərtərəfli bələdçi
  • Samsung və onun mobil texnologiya imkanları haqqında bilməli olduğunuz hər şey
  • Maska taxmağın fəsadları nələrdir?
  • 2023-cü ilin ən yaxşı iqtisadi ağıllı saatları
  • Ən yaxşı android oyunları
  • Loop Builder ilə tanış olun
  • Android üçün ən yaxşı dictionary proqramları

Günün Baxış Sayı

Bu Günün Baxış Sayı: 1181

Dünən: 5231

Bizim Twitterimizdə nə xəbər var?

Arxivlər

  • Yanvar 2023 (7)
  • Dekabr 2022 (3)
  • Noyabr 2022 (3)
  • Oktyabr 2022 (8)
  • Sentyabr 2022 (3)
  • Avqust 2022 (8)
  • İyul 2022 (677)
  • İyun 2022 (672)
  • May 2022 (525)
  • Aprel 2022 (568)
  • Mart 2022 (689)
  • Fevral 2022 (749)
  • Yanvar 2022 (1656)
  • Dekabr 2021 (527)
  • Noyabr 2021 (97)

Linklər

  • Forza Horizon 5
  • Far Cry 6
  • the new GTA series
  • crypto signals telegram
  • Roof Garden
sitemap
  • Baku Time haqqında |
  • ● ADS |
  • Sirrsaxlama |
  • Əlaqə

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist