Göygöldə minik avtomobili yük maşınına çırpılıb, ölən var
Göygöldə ölümlə nəticələnən avtomobil qəzası olub.
“BakuTime.com” xəbər verir ki, hadisə Çaylı kəndində qeydə alınıb.
“VAZ-21011” markalı avtomobilin idarəetmədən çıxaraq yol maşınına çırpılması nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alaraq hadisə yerində ölüb.
Onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.