Göyərtəsində 30-a yaxın sərnişini olan gəmi Volqada batdı
Tatarıstanda Kazan ətrafındakı Arakçino kəndi yaxınlığında gəzinti gəmisi batıb.
Volqa çayında üzən gəmidə 30-a yaxın sərnişinin olduğu bildirilib.
Onların hamısı qayıqlar vasitəsilə vaxtında xilas edilib.
Müstəntiqlər hadisənin səbəblərini araşdırır.
Mənbə: lenta.ru