Goranboyda biri əcnəbi olmaqla, iki nəfər dəm qazından ölüb, bir nəfərin vəziyyəti ağırdır
Goranboyda 3 nəfər dəm qazından zəhərlənib.
“Report” xəbər verir ki, hadisə Şahməmmədli kəndində qeydə alınıb.
Belə ki, üç nəfər dəm qazından zəhərlənib, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılan zaman yolda ölüb. Dəm qazından zəhərlərənən daha bir nəfər isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Ölənlər arasında Türkiyə vətəndaşı da var.
Faktla bağlı araşdırmalara başlanılıb.