• Baku Time haqqında |
  • ● ADS |
  • Sirrsaxlama |
  • Əlaqə
Baku Time
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
Baku Time
No Result
View All Result

Gender məsələsi qadın ekspertlərin gözü ilə: “Qadın və kişi bərabərliyi yoxdur” – ARAŞDIRMA + FOTO

Avqust 1, 2022
in Xəbərlər
Reading Time: 5 mins read
A A
Home Xəbərlər
Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol
Share on FacebookShare on TwitterPaylaşPaylaşPaylaşPaylaş

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

Gender məsələsi qadın ekspertlərin gözü ilə: “Qadın və kişi bərabərliyi yoxdur” – ARAŞDIRMA + FOTO

Bu ilin altı ayı ərzində “860” Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 125 müraciət daxil olub. “BakuTime.com”-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, şikayətlərin əksəriyyəti psixoloji və fiziki zorakılıqla bağlı olub və 125 qadının 79-u partnyoru tərəfindən zorakılığa məruz qalıb.

Gender məsələləri daim gündəmdə olan və statistikadan da görünür ki, heç zaman əriyib yox olmayacaq bir problemdir. Bundan çıxış yolu varmı? Ümumiyyətlə, qadın və kişi bərabərliyi mümkündürmü?

Psixoloq Vəfa Rəşidova “BakuTime.com”-a açıqlamasında deyib ki, zamanənin qadınları kişi ilə bərabərliyi yanlış anlayırlar:

“O demək deyil ki, sən kişi kimi qollarını çırmalayıb, kişi ilə meydana atlayasan. Müəyyən kriteriyalar var ki, o məqamları gözləmək lazımdır. Bir kişi qadının üzərində hegemonluq edib, məhdudiyyət qoyan zaman belə, qadının fikrini önəmsəməlidir. Bu, qarşılıqlı hörmətə bağlıdır.

Lakin dominant şəkildə “sən bunu etməyəcəksən”, “edə bilməzsən” kimi düşüncələr ortaya çıxır. Bu, son illərin artıq probleminə çevrilib. Kişilər bəzən vəziyyətdən sui-istifadə edirlər. Hörmət olmalıdır ki, sabah qadın kişiyə deməsin ki, mən də səninlə bərabərəm”.

Psixoloq qeyd edib ki, kişinin qadına qadağa qoyması onun özünə inamının olmamasının sübutudur:

“Bu, artıq kişilərdə psixoloji sarsıntıdır. Kişi qadına bunları tətbiq etdikcə özünü tamlaşmış, bütöv hiss edir. Ailədə özünü başçı kimi ifadə edir. Belələri həyatda çox vaxt uğur qazana, istədiyi həyatı yaşaya bilməyən insanlardır. Qadınlar da bunu səhv salmamalı, hədlərini aşmamalıdırlar. Hər şey bir çərçivə içərisində olmalıdır”.

V.Rəşidova feministlər barədə heç də yaxşı fikirdə deyil:

“Feministlər hədlərini aşmış insanlardır. Çünki kriteriyalar var. Bunları gözdən keçirmədən birbaşa meydana atılırlar ki, “biz kişi ilə eyniyik”. Eyni ola bilərsən. Lakin baxır harada. Hüdudlar var.

Bunun kökü ailədaxili münaqişələrdən gəlir. Qarşılıqlı hörmət yoxdur. Ailə eyni, bərabər olmalıdır. Ananın, atanın istəkləri qarşılanmalı, hörmət qoyulmalıdır. Humansit şəkildə ailə qurularsa, feminist düşüncələr olmaz. İndi qadınların əksəriyyəti feministləşib. Çox təəssüf edirəm. Orada artıq qadınlıqdan söhbət gedə bilməz. Hədlərini qorumalıdırlar. Qorunmayanda bu cür problemlər yaranır”.

Hüquq müadafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, qadınlarımız kişilərlə bərabər olmaq üçün iqtisadi cəhətdən sərbəstlik əldə etməlidirlər:

“Qadınlar öz müqəddəratını qorumalıdırlar. Elə ailələr var ki, kişi qadınının irəli getməsinə köməklik edir. Lakin qarşı çıxanlar çoxluq təşkil edir. Cəmiyyət də başa düşməlidir ki, qadın öndə gedən bir insandır. Bu səbəbdən qadınları irəli çəkmək lazımdır”.

N.Cəfəroğlu qadın və kişi bərabərliyinin olmadığını söyləyib:

“Qanunda qadın və kişinin hüquq və azadlıqları bərabərdir. Lakin real həyatda elə deyil. Qadın və kişi bərabərliyi yoxdur”.

Sosioloq Lalə Mehralı qadın və kişi hüquqlarının bərabərsizliyi qənaətinin doğru olmadığını söyləyib:

“Bu gün məktəblərdə qadın hegemonluğunun şahidi oluruq. Kişi müəllimlər, demək olar ki, yox dərəcəsindədirlər. Tibb sahəsində də belədir. Əksəriyyət qadınlardır. Qadın-kişi bərabərliyi uğrunda nə qədər ucuz mübarizə aparırıqsa, o qədər də məğlub oluruq”.

L.Mehralı kişilərin reaksiya müddətinin, fikir istehsal etmək qabiliyyətlərinin qadınlara nisbətən daha çevik olduğunu deyib:

“Tarix boyu qadınlar həmişə kişilərin köməyinə ehtiyac duyublar. Bu, fiziki əməkdə belədir. Bərabərliyi bütün hallarda əməl edəcəyin təqdirdə tələb etmək lazımdır. Əgər özünə sərf edən vəziyyətlərdə bərabərlik tələb edilirsə, bu, bərabərlik yox, istifadədir.

Etiraf edək ki, cəmiyyətə faydalı olmaq, fikir istehsal etmək qabiliyyəti qadın və kişi ilə ölçülmür. Yaxşı olar ki, bərabərliyi bütün hallarda əməl edəcəyimiz vəziyyətdə tələb edək”.

Araşdırmalara görə, dünya ölkələrində inkişafın əsas göstəricilərindən biri orada insan hüquqlarının qorunmasına hansı formada əməl edilməsi ilə bağlıdır.

Bu gün bütün ölkələrdə qadın-kişi hüquqları eyni səviyyədə təmin edilmir. 21-ci əsrdə yaşasaq da, qadınlarla hələ də orta əsrlərdə olduğu kimi davranan, qadın və kişilər arasında cinsi ayrı-seçkiliyə yol verən, qadının söz haqqını əlindən alan, təhsil almaq, işləmək hüququna məhəl qoymayan ölkələr var.

BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv Edilməsinə dair Konvensiyası (CEDAW) hələ 2016-cı ildə açıqladığı hesabatda Sudan, Cənubi Sudan, Somali, Palau kimi dövlətləri qadınların yaşaması baxımından ən pis ölkələr kimi dəyərləndirib.

Qeyd edək ki, hazırda Azərbaycanda istehsalatın bütün sahələrində qadınlar təmsil olunurlar.

Qadınların texniki və qeyri-ənənəvi sahələrə marağının artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bu sahələrdə çalışan qadınların sayı da ilbəil artır. Bu, istər mədən sənayesi, istər maşınqayırma, istərsə də nəqliyyat sektoru üçün keçərlidir.

Aytac Qasımova

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO
Xəbərlər

Rusiyada “Manana” restoranı yandı – VİDEO

İyul 31, 2022
CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır
Xəbərlər

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

İyul 31, 2022
Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü
Xəbərlər

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

İyul 30, 2022
ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb
Xəbərlər

ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb

İyul 30, 2022
Next Post
Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinin icraçısını komitənin kollektivinə təqdim edilib

Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinin icraçısını komitənin kollektivinə təqdim edilib

Please login to join discussion

Alış-veriş bələdçisiyüksək məlumat

Huawei Watch GT3 İcmalı

Huawei Watch GT3

Harmonik əməliyyat sistemi, misilsiz batareya ömrü, yaxşı qurulmuş korpus və çoxsaylı
Samsung Q80A QLED 4K TV -nin icmalı

Samsung Q80A QLED 4K TV

Samsung Q80A TV panel keyfiyyətinə görə OLED televizorları ilə rəqabət aparmağa
Sony X90J 4K TV icmalı

Sony X90J 4K TV

Apple M1-in 13 düymlük MacBook Pro-nun icmalı

Apple M1-in 13 düymlük MacBook Pro

MSI Katana GF66 11UE oyun noutbukunun nəzərdən keçirilməsi; Yeni nəslin emal nəhəngi

MSI Katana GF66 11UE

Galaxy A22 4G

Samsung Galaxy A22 4G

Baku Time nədir?

Texnologiya, İnformatika, Müasirlik və Enerji üzrə tədqiqat saytı

Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal. “DI” kolleksiyasının lisenziyası əsasında

BakuTime logo

Son Yazılar

  • Samsung Galaxy A53 və Samsung A73 müqayisəsi
  • Koreya nəhəngi Samsung-un ən görkəmli noutbukları ilə tanış olun
  • WordPress panelinə WordPress plaginlərini quraşdırmaq üçün addım-addım təlimat
  • Texnologiya təhsili necə dəyişdirir: hərtərəfli bələdçi
  • Samsung və onun mobil texnologiya imkanları haqqında bilməli olduğunuz hər şey
  • Maska taxmağın fəsadları nələrdir?
  • 2023-cü ilin ən yaxşı iqtisadi ağıllı saatları
  • Ən yaxşı android oyunları
  • Loop Builder ilə tanış olun
  • Android üçün ən yaxşı dictionary proqramları

Günün Baxış Sayı

Bu Günün Baxış Sayı: 1507

Dünən: 4377

Bizim Twitterimizdə nə xəbər var?

Arxivlər

  • Yanvar 2023 (7)
  • Dekabr 2022 (3)
  • Noyabr 2022 (3)
  • Oktyabr 2022 (8)
  • Sentyabr 2022 (3)
  • Avqust 2022 (8)
  • İyul 2022 (677)
  • İyun 2022 (672)
  • May 2022 (525)
  • Aprel 2022 (568)
  • Mart 2022 (689)
  • Fevral 2022 (749)
  • Yanvar 2022 (1656)
  • Dekabr 2021 (527)
  • Noyabr 2021 (97)

Linklər

  • Forza Horizon 5
  • Far Cry 6
  • the new GTA series
  • crypto signals telegram
  • Roof Garden
sitemap
  • Baku Time haqqında |
  • ● ADS |
  • Sirrsaxlama |
  • Əlaqə

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist