Gəncədə 16 yaşlı qız dəm qazından zəhərlənib
Gəncədə gənc qız yaşadığı evdə dəm qazından zəhərlənib.
“Report” xəbər verir ki, hadisə şəhərin Yaşar və Həsrət Əliyev qardaşları küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.
T. Kərimzadə yaxınları tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.