Fransada parlament seçkilərinin ikinci turunun ilkin nəticələri məlum olub – YENİLƏNİB
Fransada parlament seçkilərinin ikinci turunun ilkin nəticələri məlum olub.
Yerli mətbuatda bununla bağlı exit-pollun nəticələri yayımlanıb.
Sorğunun nəticələrinə görə, prezident Emmanuel Makronun partiyası 224 yer qazansa da, mütləq çoxluğu əldə edə bilməyib.
Seçkilərin ikinci mərhələsində solçular parlamentdə ikinci siyasi qüvvəyə və əsas müxalifətə çevrilib.
İfrat sağçı Milli Cəbhə partiyası da rekord həddə yerə sahib olub – 89 deputat.
Mənbə: Le Monde
09:42
Bu gün Fransada parlament seçkilərinin ikinci turu keçiriləcək.
Seçkilərdə 577 deputatın adı məlum olacaq.
Deputat mandatını qazanmaq üçün siyasətçilər səslərin yarıdan çoxunu almalıdırlar.
Birinci turun nəticələrinə görə, rəhbərlər Fransa prezidenti Emmanuel Makronun “Birgə” koalisiyası (25,75 %) və Jan-Lük Melanşonun yaratdığı “Yeni Xalq Ekoloji və Sosial İttifaqı” sol blokunun nümayəndələri (25,66 %) olublar. Üçüncü yerdə 18,7% səslə Marin Le Penin “Milli Birlik” partiyası qərarlaşıb.
Seçkilərin birinci turunda 50,2 %-lik rekord aşağı səviyyədə seçici fəallığı qeydə alınıb. Bunun fonunda fransalı siyasətçilər seçiciləri ikinci tura fəal iştirak etməyə çağırıblar.
Prezident partiyasının parlamentdə 415-445 yer qazanacağı proqnozlaşdırılır.
Birinci turdan sonra solçu “Fəth edilməz Fransa” partiyasının rəhbəri Jan-Lük Melenşon ölkənin DİN tərəfindən keçirilən parlament seçkilərində səslərin hesablanmasının dürüstlüyünə şübhə etdiyini bildirib.