Finlandiyanın baş naziri ölkəsinin NATO üzvlüyünə hazır olduğunu bəyan edib
Finlandiyanın baş naziri Sanna Marin bildirib ki, ölkəsinin Şimali Atlantika Alyansına üzvlük üçün müraciət etmək imkanı hələ də var.
Baş nazir əlavə edib ki, Finlandiya Avropa ilə hərbi əməkdaşlığı gücləndirməkdə davam edəcək.
“Bizim NATO-ya üzvlük üçün müraciət etmək imkanımız var və bunu real hesab edirik. Biz həmçinin öz təhlükəsizliyimizə dair qərarlarımızı vermək azadlığımızı yüksək qiymətləndiririk”, – deyə Marin bəyan edib.
Qeyd edək ki, hökumət başçısının bu bəyanatının NATO-nun Şərqə doğru genişlənməsi və Ukrayna ətrafında cərəyan edən proseslər fonunda alyansla Rusiya arasındakı gərginliyin hökm sürdüyü bir zamanda səslənməsi xüsusilə maraq doğurur.
Mənbə: news.ru