Eks-deputatın ağacları kəsməsi təsdiqləndi: Materiallar prokurorluğa göndərildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Məclisin eks-deputatı Nəriman Əliyevin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 C ünvanında ağacları kəsməsinə münasibət bildirib.
Dövlət Ekoloji Təhlükəsiz xidmətinin rəisi Hikmət Əlizadə “BakuTime.com” –-a açıqlamasında bildirib ki, ağacların kəsilməsi ilə bağlı müraciət əsasında toplanan materiallar Baş Prokurorluğa göndərilib:
“Ələsgər Qayıbov küçəsi 10 C ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Ərazidə 21 şam ağacının kəsildiyi müəyyənləşib. Faktla bağlı akt tərtib olunub”.
BakuTime.com – Xəbərlər