• Baku Time haqqında |
  • ● ADS |
  • Sirrsaxlama |
  • Əlaqə
Baku Time
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
Baku Time
No Result
View All Result

Döyüldüyü iddia olunan yeniyetmə qızın anası: “Videoları yayacağı ilə bizi şantaj edir” – YENİLƏNİB + FOTO

Avqust 1, 2022
in Xəbərlər
Reading Time: 5 mins read
A A
Home Xəbərlər
Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol
Share on FacebookShare on TwitterPaylaşPaylaşPaylaşPaylaş

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

Döyüldüyü iddia olunan yeniyetmə qızın anası: “Videoları yayacağı ilə bizi şantaj edir” – YENİLƏNİB + FOTO

Döyüldüyü iddia edilən yeniyetmənin valideyni Ləman Camalova “Sputnik Azərbaycan”a açıqlama verib.

Valideyn bildirib ki, Rasilə Arifqızının qızı Sara Əlizadə onun qızına zəng edərək attestatların məktəbdə verildiyini, onun attestatını da götürdüyünü bildirib:

“Sara qızıma deyib ki, “attestatın məndədir, sürücünü göndərirəm gəl bizə”. Qızım onların evinə gedəndə Rasilə onu sorğu-suala tutub. Onu qızını başqa oğlanla tanış olmaqda vasitəçilikdə ittiham edib. Qızım da bildirib ki, Saranın istəyi ilə onun sevdiyi oğlana məlumat aparıb-gətirib. Rasilə qızımı təhqir edərək döyüb. Kürəyinə, qarnına təpik vurub. Üzünü cırmaqlayıb. Öz qızını da döyüb. Amma mənim qızımı daha pis döyüb”.

L.Camalova bildirib ki, başçının müavini öz evində qızın telefonunu da əlindən alıb:

“Sonra onun telefonundakı bütün şəkil və videoları mənə göndərib. Bizi qızımın video və şəkillərini sosial şəbəkələrdə yaymaqla hədələyir. Qızım idmançı olduğundan, o həmişə bədəninin müxtəlif hissələrini ölçərək onu telefona çəkib. O videoları yayacağı ilə bizi şantaj edir”.

Valideyn iddia edib ki, məktəb direktoru da həmin vaxt başçının müavininin evində olub. Qızı döyən zaman hadisəyə şahid olub: “Amma direktor qızımı döyməyib”.

16:04

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı barəsində səsləndirilən iddialarla bağlı “Sputnik Azərbaycan”a açıqlama verib. Bildirib ki, sözügedən iddialar əsassızdır.

R.Arifqızı yeniyetmə qızı döymədiyini söyləyib:

“Bu qız məktəbdə mənim qızımla bir sinifdə oxuyurdu. O, mənim qızımın və digər sinif yoldaşları olan qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıb. Mən bu barədə xəbər tutan kimi onun valideynlərinə məlumat verdim. Qızıma isə tapşırdım ki, onun telefonunu alıb mənə gətirsin. Onun telefonundan mənim qızımın və sinifdəki digər qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıldığını gördüm. Telefonda həmin yeniyetmənin özünün də əxlaqsız videoları vardı. Mən həmin videoları qızın valideynlərinə göndərdim”.

İcra hakimiyyəti başçısının müavininin sözlərinə görə, haqqında danışılan qız ata-anasının yanında yox, anasının xalasının himayəsində yaşayır:

“Eşitdiyimə görə, bundan sonra qızı valideynləri, xüsusilə atası döyüb. Onlar məndən həmin telefonu geri istəsələr də, mən telefonu polisə təqdim etdim ki, faktı araşdırsın. Ailə məndən qisas almaq üçün qızı mənim döydüyümü deyib. Qeyd olunub ki, guya mən onu attestat vermək adı ilə evə çağırmışam. Mənim evim isə attestat verilən yer deyil. Attestat məktəbdə verilir. Belə bir hadisə olmayıb. Sadəcə onlar məndən qisas almaq üçün mənə bu böhtanı atıblar”.

Qeyd edək ki, döyüldüyü iddia edilən yeniyetmə Lənkəran dörd saylı orta məktəbdə təhsil alır. R.Arifqızı bildirib ki, valideynlər bu olaydan sonra qızlarını həmin məktəbdən çıxarıblar.

14:06

Lənkəranda icra başçısının müavini tərəfindən döyüldüyü deyilən 9-cu sinif şagirdinin anası danışıb. 

O, hadisə ilə bağlı anews.az-a açıqlama verib. 

“Qızım icra başçısının müavininin qızı ilə eyni sinifdə oxuyur və yaxın rəfiqədirlər. Rəsilə Əliyevanın qızı mənim qızımın telefonundan sevdiyi oğlana mesaj yazıb. Bu münasibətdən xəbər tutan Rəsilə Əliyeva mənim qızımı da evlərinə çağırıb. Daha sonra həm öz qızını, həm də mənim qızımı döyüb. Həmin məkanda məktəbin direktoru Yeganə Əsgərova da olub. Qızım deyir ki, direktor sadəcə tamaşa edib, heç bir müdaxilə etməyib. Rəsilə Əliyeva öz qızını döyübsə, bu, ona aid olan məsələdir. Mənim qızımı hansı səbəblə döyə bilər? Hazırda hüquq-mühafizə orqanlarına da şikayət etmişəm. Məsələ araşdırılır. Mənim qızımı döyənlər cəzasız qala bilməzlər”, – şagirdin anası Ləman xanım bildirib.

Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirib ki, belə hadisə baş verməyib.
 
“Rəsilə Əliyeva haqqında deyilənləri təkzib edirik. Biz də hüquq-mühafizə orqanlarına müraciət etmişik. Hadisənin hansı zəmində və necə baş verdiyi araşdırılır. Nəticə barəsində məlumat veriləcək”, – qurumdan məlumat verilib. 

12:24

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyevanın yeniyetmə qızı vəhşicəsinə döydüyü iddia edilib.

“BakuTime.com”-ın məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. 

O bildirib ki, hadisə ilə bağlı yeniyetmə qızın dayısı sığınacağa müraciət edib. 

Dayının sözlərinə görə, Rəsilə Əliyeva və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova (Babayeva) qızı döyüblər:

“Onlar məktəblini attestatı vermək adı ilə evə çağırıb, fiziki zorakılıq tətbiq ediblər. Buna səbəb Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olub. Öz qızını da döyüb deyilənə görə, amma belə yox…”.

DİNnin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev “BakuTime.com”-a bildirib ki, məsələ ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə daxil olmuş müraciət əsasında araşdırma aparılır:

“Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

BakuTime.com – Xəbərlər

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO
Xəbərlər

Rusiyada “Manana” restoranı yandı – VİDEO

İyul 31, 2022
CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır
Xəbərlər

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

İyul 31, 2022
Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü
Xəbərlər

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

İyul 30, 2022
ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb
Xəbərlər

ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb

İyul 30, 2022
Next Post
Heç vaxt ailə qurmadı, Bakıdan küsüb getdi: Nisə Qasımovanı efirə niyə buraxmadılar? – FOTO

Heç vaxt ailə qurmadı, Bakıdan küsüb getdi: Nisə Qasımovanı efirə niyə buraxmadılar? - FOTO

Please login to join discussion

Alış-veriş bələdçisiyüksək məlumat

Huawei Watch GT3 İcmalı

Huawei Watch GT3

Harmonik əməliyyat sistemi, misilsiz batareya ömrü, yaxşı qurulmuş korpus və çoxsaylı
Samsung Q80A QLED 4K TV -nin icmalı

Samsung Q80A QLED 4K TV

Samsung Q80A TV panel keyfiyyətinə görə OLED televizorları ilə rəqabət aparmağa
Sony X90J 4K TV icmalı

Sony X90J 4K TV

Apple M1-in 13 düymlük MacBook Pro-nun icmalı

Apple M1-in 13 düymlük MacBook Pro

MSI Katana GF66 11UE oyun noutbukunun nəzərdən keçirilməsi; Yeni nəslin emal nəhəngi

MSI Katana GF66 11UE

Galaxy A22 4G

Samsung Galaxy A22 4G

Baku Time nədir?

Texnologiya, İnformatika, Müasirlik və Enerji üzrə tədqiqat saytı

Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal. “DI” kolleksiyasının lisenziyası əsasında

BakuTime logo

Son Yazılar

  • iOS 16 haqqında bilmək lazım olan hər şey
  • Nothing Phone 1 – heçnə
  • Elementor WordPress səhifə qurucusu plagini barədə nə bilirsiz?
  • Rusiyada “Manana” restoranı yandı – VİDEO
  • CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır
  • Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü
  • ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb
  • Mahir Emreli: “Fikir bildirmək hələ tezdir”
  • Blinken Ukrayna XİN başçısı ilə danışıb – FOTO
  • Flavinyo: “Qurban Qurbanov ən yaxşı məşqçidi, Rəşad Sadıqov isə…” – MÜSAHİBƏ

Bizim Twitterimizdə nə xəbər var?

Arxivlər

  • Avqust 2022 (3)
  • İyul 2022 (677)
  • İyun 2022 (672)
  • May 2022 (525)
  • Aprel 2022 (568)
  • Mart 2022 (689)
  • Fevral 2022 (749)
  • Yanvar 2022 (1656)
  • Dekabr 2021 (527)
  • Noyabr 2021 (97)

Linklər

  • Forza Horizon 5
  • Far Cry 6
  • the new GTA series
  • خرید ووچر پرفکت مانی
  • crypto signals telegram
sitemap
  • Baku Time haqqında |
  • ● ADS |
  • Sirrsaxlama |
  • Əlaqə

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist