• Baku Time haqqında |
  • ● ADS |
  • Sirrsaxlama |
  • Əlaqə
Baku Time
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
Baku Time
No Result
View All Result

Dincəlmək və qazanmağın yolları: “Kəndli məcbur qalıb, evini 40 manata verəcək” – ARAŞDIRMA + FOTO

Avqust 1, 2022
in Xəbərlər
Reading Time: 5 mins read
A A
Home Xəbərlər
Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol
Share on FacebookShare on TwitterPaylaşPaylaşPaylaşPaylaş

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

Dincəlmək və qazanmağın yolları: “Kəndli məcbur qalıb, evini 40 manata verəcək” – ARAŞDIRMA + FOTO

“Pandemiya şəraiti bir qədər yumşalandan sonra insanlar artıq altı-yeddi saat maskayla harasa uçmağı, pandemiya şərtlərinə uyğun test verməyi, xəstələnsələr, gedəcəkləri yerdə karantin altına alınmağı gözə almadılar. Onun yerinə ucuz və sərfəli şəkildə rayonda istirahət etməyi seçdilər. Beləliklə, əvvəl daxili turizmlə bağlı təklif 100 nəfəri əhatə edirdisə, birdən-birə 1000 nəfərlik tələbat yarandı. İnsanlar da rayonlara axın etməyə başladılar. Bu proses də bazar qiymətinə təsir etdi”.

Bunu ölkədaxili turizm qiymətlətinin artmasını “BakuTime.com”-a şərh edərkən turizm eksperti Ramin Zamanov deyib.

Mütəxəssisin fikrincə, artıq kənd sakinləri də ümumi ab-havanı tutaraq biznes qurmağın yolunu öyrəniblər:

“Əvvəllər istirahət deyəndə insanlar Türkiyə, Gürcüstan və digər xarici ölkələrə getməyi düşünürdülər. Amma bu yanaşmanı dəyişmək üçün böyük işlər görüldü. Əvvəllər daxili turizmlə məşğul olan şirkətlər də yox idi, zamanla onlar yarandı və insanlar ölkədaxili istirahəti qəbullandılar. Vaxt keçdikcə ölkədə tələbata adekvat təkliflər formalaşdı.

Vaxtilə biz kəndlərdə kirayə evlər, turistə xidmət, turist gələndə onunla necə davranmaq lazım olduğu barədə heç bir şey müşahidə etmirdik. Yalnız qohum-əqrəbalar bir-birinin evlərinə gedirdilər. Amma artıq insanlar başa düşürlər ki, kəndi tərk etmək olmaz, bir az abadlaşdırmaq və onu biznesə çevirmək mümkündür”.

Ekspert yan təsirlərdən də söz açıb:

“Bu gün biz müqayisə etsək, görərik ki, yanacaq qiyməti, tur menecerinin xərcləri üç il əvvəlki ilə eyni deyil. Bunlar yan təsirlərdir. Məsələn, qonşu Türkiyədəki hotellərin qiymətinə baxaq, yerdən asılı olaraq 40-50 manatdan dörd minə qədər var. Azərbaycanda da günü 40-50 manata, hətta 30 manata ev tapmaq olar.

Bu gün dünyanın özünü idarə edən tələb-təklif standartı var, hər şey buna uyğun gedir. Vaxtilə həftələrlə elan etmələrinə rəğmən, rayona aparmağa beş nəfər tapmırdılar. Turizmin ilk tendensiyaları Şahdağla başladı, sonra Tufandağa, daha sonra cənub istiqamətinə turlar təşkil edildi. Bir də bizdə bir şey vardı, “Gedirəmsə, özüm gedim, niyə avtobusda camaatla birgə gedim” deyə düşünürdülər. Belə stereotiplər vardı. Onlar da aradan qaldırıldı. Artıq daxili turizmə böyük tələbat var. Kəndli də görür ki, evi 50 manata da verəndə alırlar, 90 manata verəndə də. Bu adam nəyə görə 90 manat qazanma şansı varkən, 50 manatı seçsin? O da öz gəlirini düşünür”.

Həmsöhbətimiz hesab edir ki, qiymətləri tənzimləmək üçün iş adamları kənd evləri tikməlidirlər:

“Hotellər tikilməməlidir. İnsanlar kənd evlərinə daha çox üz tuturlar. O qədər kəndlərimiz var ki, orada yaşayanların sayı azalıb. Bu gün həmin yerlərdə evləri yenidən bərpa etmək lazımdır, bələdiyyələr, kənd sovetləri, icra hakimiyyətləri iş adamlarını cəlb etməlidir ki, evləri azalmış kəndlərdə tələblərə uyğun olan yeni ev tikilsin və onlar da urban turizmi inkişaf etdirsinlər. Belə olsa, artıq qiymətlərdə də müəyyən tənzimləmələr olacaq. Kəndli görəcək ki, qonşuda bütün imkanları olan ev tikilib və qiymət 90 manatdır, məcbur qalıb öz evini 40 manata təklif edəcək”.

Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva isə bu fikirdədir ki, Biznesin İnkişafı Fondu tərəfindən sahibkarlara verilən güzəştli kreditlərdən turizm sahəsində fəaliyyət göstərən sahibkarların da faydalanmaq imkanı var.

Mətbuat katibi turizm sektorunda ötən illərlə müqayisədə müəyyən dərəcədə qiymət artımının olması iddialarına münasibət bildirərək qeyd edib ki, iqtisadiyyatın digər sahələri kimi, turizmdə də qiymətlər tələb və təklifə uyğun olaraq formalaşdığından bu sahədə birbaşa dövlət tənzimlənməsi mövcud deyil:

“Dövlətin bu istiqamətdə əsas strategiyası bazarda təkliflərin sayının artması üçün əlverişli şərait yaradaraq sağlam rəqabətlilik mühitinin formalaşmasına dəstək verməkdən ibarətdir. Bu məqsədlə regionlarda hotellərin tikilməsi üçün güzəştlər nəzərdə tutulub. Belə ki, dövlət başçısının 31 yanvar 2017-ci il tarixli 1219 nömrəli müvafiq fərmanı ilə turizm və rekreasiya zonalarında mehmanxana, iaşə və əyləncə xidməti obyektlərinin tikintisi, eləcə də digər ərazilərdə hostel və iki-üç ulduzlu mehmanxanaların tikintisi layihələrinə investisiya təşviqi sənədinin verilməsi təmin olunub.

İnvestisiya təşviqi sənədini almış sahibkarlar yeddi il müddətinə fiziki şəxslərin gəlirinin və hüquqi şəxslərin mənfəətinin 50%-nin vergidən azad edilməsi; yeddi il müddətinə fiziki və hüquqi şəxslərin əmlak və torpaq vergisindən azad olunması; yeddi il müddətinə fiziki və hüquqi şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının gömrük rüsumlarından və ƏDV-dən azad edilməsi kimi güzəştlərdən faydalana bilərlər”.

Məlumat üçün bildirək ki, ölkədə günlük daxili turların qiyməti təxminən 25-30 manatdan başlayır. İki gün, bir gecəlik turların qiyməti minimum 85, üç günlük turlar isə 140 manatdır. Buraya səhər yeməyi, nəqliyyat qiyməti və tur rəhbərliyi tərəfindən təşkil edilən əyləncə proqramları daxildir. Nahar və şam yeməyi, çimərlik olan yerlərdə çimərlik qiymətləri, muzeylərə giriş üçün ödənişlər ümumi paketə daxil edilmir.

Şəki-Balakən, Quba-Qusar, Qəbələ-İsmayıllı, Lənkəran-Lerik kimi turistik bölgələrimizdə günlük kirayə həyət evlərinin qiyməti isə yerləşdiyi ərazidən asılı olaraq dəyişir. Məsələn, Qəbələnin ən çox ziyarət edilən yerlərindən olan Vəndam qəsəbəsində dördotaqlı həyət evinin günlük kirayə haqqı 200-250 manatdır, iki-üç otaqlı evləri isə 70-150 manat aralığında kirayə götürmək mümkündür. Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksinə yaxın yerdəki dörd-beş otaqlı evlərin qiyməti isə 250-350 manat arası dəyişir.

Qubanın Qəçrəş kəndindəki iki-üç otaqlı evlər 70-150, dördotaqlılar isə 120-200 manatdan kirayəyə verilir. İsmayıllıda turistlərin maraq nöqtəsi olan yerlərdə üçotaqlı evlər 60-230, 4-6 otaqlı evlərin qiyməti isə 200-250 manatda qərarlaşır. Şəki, Lənkəran kimi şəhərlərimizdə isə qiymətlər digərləri ilə müqayisədə daha ucuz görünür. Belə ki, burada 80-90 manata dörd-beş otaqlı evlər tapmaq mümkündür.

Aytac Qasımova

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO
Xəbərlər

Rusiyada “Manana” restoranı yandı – VİDEO

İyul 31, 2022
CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır
Xəbərlər

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

İyul 31, 2022
Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü
Xəbərlər

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

İyul 30, 2022
ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb
Xəbərlər

ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb

İyul 30, 2022
Next Post
Serbiya DİN rəhbəri Xorvatiya hakimiyyətini “faşist” adlandırdı

Serbiya DİN rəhbəri Xorvatiya hakimiyyətini “faşist” adlandırdı

Please login to join discussion

Alış-veriş bələdçisiyüksək məlumat

Huawei Watch GT3 İcmalı

Huawei Watch GT3

Harmonik əməliyyat sistemi, misilsiz batareya ömrü, yaxşı qurulmuş korpus və çoxsaylı
Samsung Q80A QLED 4K TV -nin icmalı

Samsung Q80A QLED 4K TV

Samsung Q80A TV panel keyfiyyətinə görə OLED televizorları ilə rəqabət aparmağa
Sony X90J 4K TV icmalı

Sony X90J 4K TV

Apple M1-in 13 düymlük MacBook Pro-nun icmalı

Apple M1-in 13 düymlük MacBook Pro

MSI Katana GF66 11UE oyun noutbukunun nəzərdən keçirilməsi; Yeni nəslin emal nəhəngi

MSI Katana GF66 11UE

Galaxy A22 4G

Samsung Galaxy A22 4G

Baku Time nədir?

Texnologiya, İnformatika, Müasirlik və Enerji üzrə tədqiqat saytı

Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal. “DI” kolleksiyasının lisenziyası əsasında

BakuTime logo

Son Yazılar

  • Samsung Galaxy A53 və Samsung A73 müqayisəsi
  • Koreya nəhəngi Samsung-un ən görkəmli noutbukları ilə tanış olun
  • WordPress panelinə WordPress plaginlərini quraşdırmaq üçün addım-addım təlimat
  • Texnologiya təhsili necə dəyişdirir: hərtərəfli bələdçi
  • Samsung və onun mobil texnologiya imkanları haqqında bilməli olduğunuz hər şey
  • Maska taxmağın fəsadları nələrdir?
  • 2023-cü ilin ən yaxşı iqtisadi ağıllı saatları
  • Ən yaxşı android oyunları
  • Loop Builder ilə tanış olun
  • Android üçün ən yaxşı dictionary proqramları

Günün Baxış Sayı

Bu Günün Baxış Sayı: 1483

Dünən: 4377

Bizim Twitterimizdə nə xəbər var?

Arxivlər

  • Yanvar 2023 (7)
  • Dekabr 2022 (3)
  • Noyabr 2022 (3)
  • Oktyabr 2022 (8)
  • Sentyabr 2022 (3)
  • Avqust 2022 (8)
  • İyul 2022 (677)
  • İyun 2022 (672)
  • May 2022 (525)
  • Aprel 2022 (568)
  • Mart 2022 (689)
  • Fevral 2022 (749)
  • Yanvar 2022 (1656)
  • Dekabr 2021 (527)
  • Noyabr 2021 (97)

Linklər

  • Forza Horizon 5
  • Far Cry 6
  • the new GTA series
  • crypto signals telegram
  • Roof Garden
sitemap
  • Baku Time haqqında |
  • ● ADS |
  • Sirrsaxlama |
  • Əlaqə

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist