Daha çox “Badamlı”, daha çox şans – FOTO
“Badamlı mineral sular” MMC-nin 75 illik yubileyi münasibətilə təşkil etdiyi “Badamlı 75” tirajlı stimullaşdırıcı lotereyanın ilk mərhələsinin ilk tirajının qalibləri 29.05.2022-ci il tarixində müəyyən olundu. “Badamlı”nın rəsmi “Facebook” və “Instagram” səhifələrində canlı efirdə baş tutan lotereyada uğurlu qeydiyyatdan keçmiş kodlar arasından 25 kod, yəni 25 iştirakçı bir-birindən dəyərli hədiyyələr qazanıb.
Belə ki, ilk tirajda lotereya iştirakçıları lotereya çərçivəsində 8 ədəd “iPhone 13”, 8 ədəd “Samsung Galaxy S21”, 3 ədəd HP notbuk, 3 ədəd JBL qulaqlıq, 3 ədəd elektrikli skuter qazanıblar.
Qalib kodların sahibləri Bakı şəhəri, Abşeron, Lənkəran, Quba, Şəki, Tərtər rayonlarından və Naxçıvan MR-in Naxçıvan şəhəri, Şahbuz və Ordubad rayonlarından qeydiyyatdan keçmiş iştirakçılar olub. Azərbaycanın ilk milli su markası olan “Badamlı” istehlakçıları üçün tirajlı stimullaşdırıcı lotereyasında qalib kodların sahibləri canlı yayımda lotereyanın uduş fondundan dəyərli hədiyyələr qazanan kodların özlərinə aid olduğunu gördükdə keçirdikləri hisslərin əvəzsiz olduğunu və ailələrinə yaşadılan bu sevinc üçün şirkət rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Şirkət əməkdaşları “Badamlı”nın tirajlı stimullaşdırıcı lotereyasında çoxlu sayda mobil avadanlıqlar və digər dəyərli hədiyyələr qazanan qalib kodların sahiblərinə “Badamlı mineral sular” MMC-nin Bakı və Naxçıvan şəhərlərində yerləşən ofislərində 3 iyun 2022-ci il tarixdən etibarən hədiyyələri təqdim etməyə başlayıblar.
2022-ci il 1 may – 25 dekabr tarixləri arasında keçiriləcək tirajlı stimullaşdırıcı lotereyada “Badamlı”nın qazlı və qazsız məhsullarını alaraq möhtəşəm hədiyyələr qazana bilərsiniz.
Qeyd edək ki, hər ay keçiriləcək “Badamlı” stimullaşdırıcı tirajlı lotereyası iki mərhələdən ibarətdir. Birinci mərhələdə müxtəlif dəyərli hədiyyələr, ikinci mərhələdə isə avtomobil oynanılır. Lotereyada iştirak etmək üçün “Badamlı” sularının qapaqlarının altındakı və ya evlərə sifariş zamanı onlara təqdim olunan kuponların arxasında olan 9 rəqəmli kodu 75il.badamlı.az saytında, həmçinin (055) 575-1947 “WhatsApp” nömrəsində qeydiyyatdan keçərək lotereyada iştirak etmək hüququ qazanır. Hər bir iştirakçı lotereyada qalib olmaq üçün iki şans qazanır: Birinci dəfə qeydiyyatdan keçdiyi tiraj zamanı və ikinci dəfə isə 25 dekabr 2022-ci il tarixində avtomobilin oynanıldığı lotereya zamanı. Lotereya iştirakçılarından kodların olduğu qapaq və kuponları atmamaq xahiş olunur. Qalib olduqları zaman onlar iştirakçılar tərəfindən mütləq şəkildə “Badamlı” şirkətinə təqdim olunmalıdır.
Xatırladaq ki, stimullaşdırıcı lotoreyanın ikinci tirajını 2022-ci il 26 iyun tarixlərində “Badamlı”nın “Instagram” @badamli1947 hesabından, “Facebook” və “Youtube” kanalı üzərindən canlı yayım vasitəsilə izləyə bilərsiniz.
Lotereyanın nəticələri canlı yayımda, kütləvi informasiya vasitələrində, sosial media platformalarında və 75il.badamli.az saytında elan ediləcək.
Qeyd edək ki, lotereya 1 may-25 dekabr 2022-ci il tarixləri arasında hər ay keçiriləcək və lotereyada ümumilikdə 226 uduş oynanılır.
75 ədəd – “iPhone 13”
75 ədəd – “Samsung Galaxy S21”
25 ədəd – HP notbuk
25 ədəd – SEGWAY: elektrikli skuter
25 ədəd – JBL T510BT qulaqlıq
1 ədəd BESTUNE T99 minik avtomobili
Daha çox “Badamlı”, daha çox şans!