• Baku Time haqqında |
  • ● ADS |
  • Sirrsaxlama |
  • Əlaqə
Baku Time
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar
No Result
View All Result
Baku Time
No Result
View All Result

Çinin Cənubi Qafqaza artan marağı bölgəyə nə vəd verir?

Dekabr 5, 2021
in Xəbərlər
Reading Time: 5 mins read
A A
Home Xəbərlər
Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol Telegram kamalımıza üzv ol
Share on FacebookShare on TwitterPaylaşPaylaşPaylaşPaylaş

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

Çinin Cənubi Qafqaza artan marağı bölgəyə nə vəd verir?

Son illərdə beynəlxalq aləmdəki vakuumu doldurmağa çalışan rəsmi Pekin Azərbaycan, Gürcüstan və Ermənistanda iqtisadi nöqteyi-nəzərdən iştirakını mühüm dərəcədə genişləndirib.

“Kaspi” qəzeti mövzu ilə bağlı yazı hazırlayıb.

ABŞ hazırda çoxqütblü dünyada ortaya çıxan çağırışlara, qlobal geosiyasi vəziyyətə uyğunlaşmağa çalışır. Onun müasir dönəmdə əsas rəqiblərindən biri olan Çin isə beynəlxalq aləmdəki vakuumu doldurmaq üçün iqtisadi vasitələrdən istifadə edir.
 
İkinci Qarabağ müharibəsindən sonra Qərb dövlətlərinin Cənubi Qafqaz regionunda nüfuzu azalıb. Türkiyə ilə Rusiya bölgədə təsirini daha da gücləndirib. Söhbət iqtisadi, siyasi, hərbi sahələrdən gedir. Odur ki, Pekin ABŞ-Çin rəqabətinin daha da artdığı dönəmdə Cənubi Qafqazda iştirakını genişləndirməyə can atır.  
 
Çinin Cənubi Qafqazda iqtisadi təsirini artırması
 
Gürcüstanlı ekspert Miro Popxadze 1955-ci ildən bəri ABŞ-da fəaliyyət göstərən nüfuzlu “Foreign Policy Research Institute”da (Xarici siyasət araşdırmaları üzrə İnstitut) dərc edilən məqaləsində qeyd edir ki, ötən il Ermənistanla Azərbaycan arasında baş vermiş müharibə və Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanatın imzalanması, əslində, Qərbin Cənubi Qafqazda təsirinin zəiflədiyini nümayiş etdirib.
 
Müəllif regionda cərəyan edən son hadisələrin Çinə regional məsələlərdə iştirak etmək üçün geniş imkanlar açdığını düşünür: “Son illərdə Çinin Azərbaycan, Gürcüstan və Ermənistanda iqtisadi nöqteyi-nəzərdən iştirakı mühüm dərəcədə genişlənib. Məsələn, Dünya Bankının hesabatına əsasən, 2005-ci ildən etibarən Pekinin Bakı, Yerevan və Tbilisi ilə ticarət dövriyyəsi müvafiq olaraq 2070%, 380%  və 885% artıb”.
 
Ekspert vurğulayır ki, Çin Cənubi Qafqaz ölkələri ilə ikitərəfli sazişlər imzalayır və müxtəlif layihələrdə iştirak edir: “Pekin mühüm strateji əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi zamanı Asiya İnfrastruktur İnvestisiya Bankı, Çin İnkişaf Bankı, “Exim Bank”, Çin Sənaye və Maliyyə Bankı kimi, dövlət və özəl maliyyə institutlarından istifadə edir”.
 
Pekinin regiondakı nüfuzlu oyunçularla əlaqələri
 
M.Popxadzenin fikrincə, Rusiya, Türkiyə və İran hazırda ABŞ ilə Avropa İttifaqını Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa, regionda təsirini gücləndirməyə çalışır: “Bu, Çinin Cənubi Qafqazda investisiyalarını artırması üçün münbit şərait yaradır. Odur ki, indi Moskva Ankara və Tehranla əməkdaşlıq edərək Pekinlə regionda infrastruktur layihələri çərçivəsində yaxın əlaqələr qurmağa can atır”.
 
Müəllif qeyd edir ki, Türkiyə Qərbdən uzaqlaşdığı dövrdə Çinlə əməkdaşlığın genişlənməsinə çalışır: “Bu, Pekinin regiondakı nüfuzunun artmasına yardım göstərir. Çin hazırda Türkiyədə dəniz limanlarına, avtomagistrallara, dəmir yollarına, həmçinin neft-kimya, enerji və mədənçıxarma sənayesinə sərmayələr qoyur. Pekin Türkiyənin dəmir yolları şəbəkəsini “Orta dəhliz”ə inteqrasiya etməyə hazırdır. Xatırladaq ki, “Orta dəhliz” Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Çini Avropa ilə birləşdirəcək”.
 
Ekspert Çinin regionda nəqliyyat, rəqəmsal infrastrukturla bağlı həyata keçirilən layihələrə böyük miqdarda vəsait ayırdığını vurğulayır: “Üstəlik, Pekin öz nüfuzunu genişləndirmək məqsədilə yumşaq gücdən belə istifadə edir. Məsələn, Çin 2000-ci illərin əvvəllərindən etibarən Cənubi Qafqaz ölkələrində humanitar, mədəni və təhsil mərkəzlərinin tikintisini maliyyələşdirir”.
 
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsinin artması
 
M.Popxadze məqaləsində son illərdə Bakı ilə Pekin arasında ticarət əlaqələrinin mühüm dərəcədə inkişaf etdiyini vurğulayır: “Çin Azərbaycanda nəqliyyat, rəqəmsal texnologiya, təbii resurslar sahələri, həmçinin qeyri-neft sektoru ilə bağlı layihələrə böyük miqdarda vəsait xərcləyib. Pekin hazırda yerüstü ticarət yollarını inkişaf etdirir. Odur ki, o, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinə sərmayə qoyur. Pekinin Bakı ilə 821 milyon dollar dəyərində iqtisadi müqavilə imzaladığını da qeyd etmək yerinə düşər. Çin bununla Azərbaycanın qeyri-neft sektorunda iştirakını genişləndirməyə çalışır. Yeri gəlmişkən, tərəflər arasında imzalanmış müqavilə kimya sənaye parklarını, aqrar-sənaye və istixana komplekslərini də əhatə edir”.
 
Müəllifin sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə Rəqəmsal Ticarət Qovşağı yaradılıb: “Çinin bu təşəbbüsə yardımı nəticəsində isə Asiya-Avropa telekommunikasiya dəhlizi təsis olunacaq. Bu dəhliz Azərbaycan vasitəsilə Mumbay ilə Frankfurtu birləşdirəcək layihənin bir parçası olacaq”.
 
M.Popxadze bildirir ki, iki ölkə arasında ticarət dövriyyəsinin artdığı dönəmdə Çinin Azərbaycana qoyduğu investisiyalar da genişlənir: “Bu gün Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticari tərəfdaşıdır. 2012-ci ildə Azərbaycandan Çinə 183 milyon dollarlıq məhsul ixrac edilmişdi. Bu göstərici 2019-cü ildə 752 milyonadək yüksəlib. 2012-ci ildə Çindən Azərbaycana 631 milyon dollarlıq, 2020-ci ildə isə 1,41 milyard dollarlıq məhsul tədarük olunub”.
 
Müdafiə, təhsil və rəqəmsal texnologiya sahələrində əməkdaşlıq
 
Məqalədə qeyd edilir ki, Çin Azərbaycanla hərbi təchizat sahəsində də əməkdaşlığı inkişaf etdirir: “Çin ilə Azərbaycan arasında hərbi sahədə dərin əməkdaşlığın təməli qoyulub”.
 
Müəllif vurğulayır ki, Bakı-Pekin münasibətlərinin fəallaşdığı dövrdə Çinin Təhsil Nazirliyi Azərbaycan universitetləri ilə əməkdaşlıq edərək Azərbaycanda Konfutsi İnstitutu təsis edib: “Bu institut iki ölkə arasında tələbə mübadiləsi, çin dilində kursların keçirilməsi və mədəniyyət sahəsində layihələrin reallaşdırılmasına istiqamətlənib. Üstəlik, Konfutsi İnstitutu nəzdində fəaliyyət göstərən Dövlət İdarəçilik Akademiyası Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə iştirakını araşdırır”.
 
M.Popxadzenin sözlərinə görə, Çin Azərbaycanda rəqəmsal texnologiya sahəsində də iştirakını genişləndirir: “Məsələn, 2016-cı ildə “Huawei” şirkəti Azərbaycanda “Gələcəyin İKT sahəsindəki toxumları” adlı proqram-layihə həyata keçirib”.

 

BəyənilmişPostlar

Rusiyada “Manana” restoranı yandı – VİDEO
Xəbərlər

Rusiyada “Manana” restoranı yandı – VİDEO

İyul 31, 2022
CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır
Xəbərlər

CNN: Rusiya Sudanda qeyri-qanuni üsulla əldə etdiyi qızılları qaçaqmalçılıq yolu ilə ölkədən çıxarır

İyul 31, 2022
Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü
Xəbərlər

Xaçmazda yeniyetməni cərəyan vurub öldürdü

İyul 30, 2022
ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb
Xəbərlər

ABŞ-da daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb

İyul 30, 2022
Next Post
Dağıstanlı sürücü yol polisini avtomobilinin kapotunun üstündə “gəzdirdi” – VİDEO

Dağıstanlı sürücü yol polisini avtomobilinin kapotunun üstündə “gəzdirdi” - VİDEO

Please login to join discussion

Alış-veriş bələdçisiyüksək məlumat

Huawei Watch GT3 İcmalı

Huawei Watch GT3

Harmonik əməliyyat sistemi, misilsiz batareya ömrü, yaxşı qurulmuş korpus və çoxsaylı
Samsung Q80A QLED 4K TV -nin icmalı

Samsung Q80A QLED 4K TV

Samsung Q80A TV panel keyfiyyətinə görə OLED televizorları ilə rəqabət aparmağa
Sony X90J 4K TV icmalı

Sony X90J 4K TV

Apple M1-in 13 düymlük MacBook Pro-nun icmalı

Apple M1-in 13 düymlük MacBook Pro

MSI Katana GF66 11UE oyun noutbukunun nəzərdən keçirilməsi; Yeni nəslin emal nəhəngi

MSI Katana GF66 11UE

Galaxy A22 4G

Samsung Galaxy A22 4G

Baku Time nədir?

Texnologiya, İnformatika, Müasirlik və Enerji üzrə tədqiqat saytı

Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal. “DI” kolleksiyasının lisenziyası əsasında

BakuTime logo

Son Yazılar

  • Samsung Galaxy A53 və Samsung A73 müqayisəsi
  • Koreya nəhəngi Samsung-un ən görkəmli noutbukları ilə tanış olun
  • WordPress panelinə WordPress plaginlərini quraşdırmaq üçün addım-addım təlimat
  • Texnologiya təhsili necə dəyişdirir: hərtərəfli bələdçi
  • Samsung və onun mobil texnologiya imkanları haqqında bilməli olduğunuz hər şey
  • Maska taxmağın fəsadları nələrdir?
  • 2023-cü ilin ən yaxşı iqtisadi ağıllı saatları
  • Ən yaxşı android oyunları
  • Loop Builder ilə tanış olun
  • Android üçün ən yaxşı dictionary proqramları

Günün Baxış Sayı

Bu Günün Baxış Sayı: 2533

Dünən: 4380

Bizim Twitterimizdə nə xəbər var?

Arxivlər

  • Yanvar 2023 (7)
  • Dekabr 2022 (3)
  • Noyabr 2022 (3)
  • Oktyabr 2022 (8)
  • Sentyabr 2022 (3)
  • Avqust 2022 (8)
  • İyul 2022 (677)
  • İyun 2022 (672)
  • May 2022 (525)
  • Aprel 2022 (568)
  • Mart 2022 (689)
  • Fevral 2022 (749)
  • Yanvar 2022 (1656)
  • Dekabr 2021 (527)
  • Noyabr 2021 (97)

Linklər

  • Forza Horizon 5
  • Far Cry 6
  • the new GTA series
  • crypto signals telegram
  • Roof Garden
sitemap
  • Baku Time haqqında |
  • ● ADS |
  • Sirrsaxlama |
  • Əlaqə

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

No Result
View All Result
  • EV
  • Gaming
  • Texnologiya
    • Texnologiya
    • Maşın
    • Aksesuarlar
    • Saat
    • Mobile və Telefon
    • Tablet
    • Noutbuk
    • Kompüter
    • Məişət texnikası
    • Hardware
    • Əməliyyat sistemi
    • Kosmos
    • Multimedia
  • Texnologiyaya əsaslanan sistemlər
    • İnternet və şəbəkə
    • Microsoft
    • qadcet
    • Rəqəmsal Valyuta
    • Süni intellekt
    • Təhlükəsizlik
    • Tətbiq və proqram
    • Virtual reallıq
  • Təhsil
    • Təhsil
    • Veb dizayn
    • WordPress
    • Kodlar və HTML
    • Woocommorece
    • Seo
    • Qoşmalar

© 2021 Baku Time - "Baku Time" Texnologiya, alış-veriş bələdçisi, araşdırma və icmal.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms below to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist