CAR-da parlament binasında ikinci yanğın baş verib – VİDEO
Cənubi Afrika Respublikasının parlament binasında yenidən yanğın baş verib.
Dünən səhər saatlarında binada baş verən və söndürülən yanğından sonra parlamentin aşağı palatasının yerləşdiyi Milli Assambleya binasının damında yenidən yanğın başlayıb.
Qeyd edək ki, bu, son bir il ərzində paytaxt Keyptaundakı parlament binasında sayca üçüncü yanğın hadisəsidir.
Yerli polisdən verilən məlumata görə, artıq yanğınla bağlı 49 yaşlı bir kişi saxlanılıb.
Mənbə: “Haber Global”