Camal Yanğın: “Qarabağda konqres mərkəzləri yaradılmasını təklif edirəm”
“İşğaldan azad edilmiş ərazilərdə peşə məktəblərinin yaradılması vacib məsələlərdən biridir”.
“BakuTime.com” –-ın məlumatına görə, bunu Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Camal Yanğın “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, peşə məktəblərinin yaradılması çox vacibdir:
“Ermənilər Qarabağı tamamilə məhv ediblər. Onlar bilirdilər ki, bu torpaqlar Azərbaycanındır”.
O qeyd edib ki, Qarabağda rəqabətqabiliyyətli biznes yaradılması çox mühüm istiqamətdir:
“Həmçinin, Qarabağda konqres mərkəzləri yaradılmasını təklif edirəm. Dünyada Davos forumu keçirilir, lakin heç bir şəxs bu forumun hansı ölkədə keçirildiyini demək olar ki, bilmir, hamı şəhəri tanıyır, ona görə də Qarabağda belə forumların keçirilməsi böyük əhəmiyyət kəsb edir”.
BakuTime.com – Xəbərlər